⚘Asqard Və Aslar

23 12 2
                                    

Skandinaviya mifalogiyası;

Buludlardan çox-çox yuxarıda, hətta, on iti insan gözünün görə bilmədiyi yüksəklikdə allahlara məxsus Asqard adlı gözəl bir ölkə var. Nazik, lakin möhkəm Bifryöst körpüsü (adamlar ona göyqurşağı deyirlər) Asqardı yerlə birləşdirir, ancaq onun üstü ilə göyə qalxmağa cürət edənləri fəlakət gözləyir. Bifryöst boyu uzanan qırmızı zolaq heç bir zaman sönməyən əbədi alovdur. Allahlara qətiyyən zərər ver məyən bu alov, ona toxunmağa cəsarət göstərən hər kəsi yandırar.

Asqardın ortasından İqdrazil adlı nəhəng göyrüş ağacının tapasi ucalıb. İqdrazilin budaqları bütün dünyanın üzərində çətirlənib, kökləri isə üç ölkənin - Niflxeymin, Yotunxeymin və Mitqardin dərin qatlarına işləyib. Həmin köklərin altından gözəl çeşmələr fəvvarə vurur. Onlardan biri, -Görgelmir Niflxeymdədir, onun haqqında artıq eşitmisiniz, ikincisi Yotunxeymdə axır. Bu, müdriklik çeşməsidir. Nəhənglərin ən böyüyü, qəzəbli Mimir bu çeşməni gözbəbəyi kimi qoruyur və heç kesi ondan içməyə qoymur. Buna görədir ki, müd riklik çeşməsinə həm də Mimir çeşməsi deyirlər.

Üçüncü çeşmə Urd Mitqarddadır. Bu çeşmə elə şəffaf və təmiz dir ki, suyunda çimən hər kəs qar kimi ağappaq olur. Axşamlar bal şehi Urdun üstünü qəliz dumantək bürüyür. Bu şeh yerdəki çiçək lerin hamısına səpələnir, sonra da arılar onu yığıb bal düzəldirlər.

Gələcəkdən xəbər verən falçılar Urd çeşməsinin yanında məskən salmışdılar. Onların bər bəzəkli sarayları burda idi və falçılar bu sarayda adamların-doğulan günlərindən öldükləri günədək-talelə rini xəbər verirdilər.

İqdrazil ağacının təpəsi Lerad adlanır. Onun üstündə nəhəng bir qartal əyləşib, budaqlarında isə dəcəl dələ Rotatyosk o yan-bu yana tullanır. Leradın yaxınlığında, Asqardın on uca yerində dünyanın hökmdarı və allahların ən qocası olan Odinin taxtı qoyulub, o bu taxt dan baxanda Asqardda da, Mitqardda da, hətta uzaq Yotunxeymdə də baş verən hadisələri görür.

Odin Asların atası və onların ən müdrikidir. O, cavan vaxtlarında bir dəfə nəhəng Mimirin yanına gəlib, onun çeşməsindən su içməyə icazə istəmişdi.

-Heç bir şey havayı verilmir, xüsusən ağıl, - deyə nəhəng cavab vermişdi. - De görüm, bunun əvəzində səndən nə alacağam?

Odin demişdi:

- Nə istəsən. Heç bir şeyə heyifsilənmərəm, ona görə ki, ağıl hər şeydən qiymətlidir.

- Onda sağ gözünü mənə ver, - deyə Mimir tələb etmişdi. Odin fikrə getmiş, sonra demişdi:

- Yaxşı, Mimir, razıyam. Ağıllı bir gözlə iki gözlü axmağın gördüyündən də çox şey görür.

O zamandan Odinin bir gözü qalıb, sol gözü; lakin o, bunun əvə zində müdriklik çeşməsindən su içib və indi onun üçün nə hazırda, nə keçmişdə, nə də gələcəkdə heç bir sirr yoxdur.

Dünya hökmdarının çiyinlərində iki qarğa əyləşib: Quqin və Mumin, ayaqlarının yanında da Qeri və Freki adlı canavarlar uzanıb. Quqin və Mumin hər gün uçub yerin başına dolanırlar. Qeri ve Freki isə hər gece yer üzünü başdan-başa gəzib, gördükləri və eşitdiklərini gelib sahiblərinə danışırlar.

Odinin başında qanadlı qızıl dəbilqə var, sağ əlində isə Qunqnir nizəsini tutub, bu nizə heç vaxt hədəfin yanından keçmir və dəydiyi hər kəsi dərhal öldürür. Allahlar atasının atı, səkkizayaqlı boz ayğır Sleypnir nəinki yerdə, göydə də çapa bilir. Dünya hökmdarı bu ayğırla tez-tez yeri gəzir, yaxud insanların gözlərinə görünmədən onların döyüşlərində iştirak edir, ləyaqətlilərə qələbə çalmaqda kömək göstərir.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin