⚘Alvisin Elçiliyi

17 14 0
                                    

Cırtdan Alvis çox ağıllı idi, öz həmyerlilərindən qat-qat ağıllı idi. Onun bildikləri demək olar ki, bir zaman Kvazirin bildikləri qədər idi və o bununla çox öyünürdü.

Bir dəfə Alvis yeraltı səltənətin başqa sakinlərinə dedi:

- Sizinlə bir yerdə yaşamağı özümə layiq bilmirəm. Mənim yerim Asqardda, allahların arasındadır. Yalnız onlar mənim bütün müdrik liyimi başa düşə bilərlər və hamını mənə lazımınca hörmət etməyə məcbur eləyərlər.

Onu dinləyən cırtdanlar təəccüblə başlarını bulayırdılar.

- Əlbəttə, sən çox ağıllısan, Alvis, - deyə onlardan biri dilləndi, - ancaq sən Günəşi unutmusan; Svartalfaxeymdən çıxan kimi o səni daşa döndərəcək.

Alvis güldü:

- O saat görünür ki, son axmaqsan. Mən özümü Asqarda gecə, Günəş olmayanda yetirəcəyəm, allahların ölkəsində isə elə saraylar var ki, onların damları məni Günəşin şüalarından qoruyar.

İkinci cırtdan dedi:

- Axı Alvis, son allahları necə məcbur eləyə bilərsən ki, onlar sənə özləri ilə birlikdə yaşamağa icazə versinlər?

Müdrik cırtdan qürurla cavab verdi:

Mən, ilahələrdən biri ilə evlənə bilərəm, onda Aslar istəsələr də, istəməsələr də məni Asqarda buraxmağa məcbur olarlar.

Həmyerlisini incitməmək üçün gülməməyə çalışan üçüncü cırtdan:

- Nə danışırsan, nə danışırsan, Alvis!- deyə səsləndi. - Tez yeraltı gölə get, öz əksinə bax. Axı bütün bildiklərinə baxmayaraq, sən də bizim hamımız kimi həm balacasan və həm də qozbelsen. Sənin də bizimki kimi uzun qara saqqalın, muncuq gözlərin var, ilahəyə necə ər ola bilərsən?

Alvis hirsləndi:

- Allahlar sizin kimi axmaq deyillər! Onlar gözəllikdən çox ağılı qiymətləndirirlər, heç biri öz qızını mənə verməkdən boyun qaçırmaz.

Cırtdanlar daha mübahisə etmədilər və susdular, ancaq onların ən qocası dedi:

- Mən sənin kimi ağıllı deyiləm, Alvis, elmləri də sənin kimi başa düşmürəm, lakin uzun ömrümdə bir dəfə eşitməmişəm ki, cırtdanlar allahlarla qohum olsunlar və onları öz istədikləri bir işi görməyə məcbur eləsinlər.

Lovğa cırtdan güldü və nifrətlə əlini yellədi.

- Elə bu gecə Asqarda gedəcəyəm, - dedi, - qayıdandan sonra bilərsiniz ki, orda nə eləmişəm.

Doğrudan da, öz arabası ilə dağların arxasına çəkilən kimi, Alvis səfərə çıxdı. Yol gedə-gedə hansı allahın qızına elçilik eləməyi fikirləşdi, nəhayət, şimşək allahının qızını seçdi. On yeddi-on səkkiz il əvvəl, Asların qəsri tikilməmişdən qabaq, Sifin bir qızı olmuşdu, ona Trud adını vermişdilər. Bu, qəşəng, təvazökar və sakit bir qızdı; cırtdan öz-özlüyündə qət etdi ki, ondan yaxşı arvad tapa bilməz.

"Həm də, - deyə fikirləşdi, - Tor güclü olsa da, ağıldan kəmdir və özü də istər ki, mənim kimi müdrik kürəkəni olsun. Qoy bir özümü allahların ölkəsinə yetirim!"

Tezliklə o, Bifryöstə yaxınlaşdı və Xeymdallı çağırmağa başladı. Ayıq As dərhal cırtdanın nazik, ciyiltili səsini eşitdi və ondan nə istədiyini soruşdu.

- Mən Asqarda getmək istəyirəm, - deyə Alvis cavab verdi, - ancaq bilmirəm ki, sizin körpüdə yanan alovun içindən necə keçim?!

Xeymdall soruşdu:

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin