⚘Fusi və Nyuva

26 16 7
                                    

Bu əfsanə Çin əfsanəsidir.

Çox-çox qədim zamanlarda nədənsə adamlar səma hökmdarı
Yuyxuanın-Nefritli padşahın qəzəbinə düçar oldular. Bir neçə gün Nefritli padşahın qəzəbi soyumadı, sonra isə intiqam almaq fikrinə düşdü. O, külək Ruhu Fen-boya və yağış hökmdarı Yuy- şiyə əmr elədi ki, yerə ensinlər və elə tufan qoparsınlar ki, adamların evləri
yerlə yeksan olsun, sonra elə leysan töksünlər ki, torpaq üç li suyun
altında qalsın. Adamlar həyəcanlandılar və hündür yerlərə qalxdılar;

düzənlikdə yaşayanlar ağaclara çıxdılar. Heç kimin ağlına gəlməzdi ki, külək belə tüğyan qoparacaq, yağış belə şiddətli şırıltıyla yağacaq. Üç gün keçməmişdi ki, nəhayətsiz su üfüqə qədər bütün aləmi başına götürdü və adamlar suyun altında qaldılar.

Bəs necə oldu, hamı batıb, insan nəslinin kökü kəsildimi? Yox, sən demə, adamların hamısı suyun altında qalıb məhv olmayıblarmış. Fusi və onun bacısı Nyuyva sağ qaldılar, onları bir ölməz
Şensyan xilas elədi, suda batmağa qoymadı. Hadisə belə olmuşdu. Fusi və Nyuyva əməksevər, xeyirxah adamlardı, ac adam görsəydilər olanlarını ondan əsirgəməzdilər. Səma ölməzlərindən biri bundan xəbər tutdu. Səma ölməzi eşitdi ki, Nefritli hökmdar əmr verib, adamları suda batırmağa hazırlaşır, o, dilənçi cildinə girdi və adamların arasına endi. Fusinin qapısına yaxınlaşdı və əl açıb sədəqə diləməyə başladı. Fusi və Nyuyva kasıb qardaşlarını qarşıladıqları
kimi onu da qonaqpərvərliklə qarşıladılar, pul və paltar verdilər. Ölməz gördü ki, onlar həqiqətən xeyirxah adamlardır və qardaşbacını
xilas eləmək qərarına gəldi. Bambuk səbətini onlara verib dedi:

- Bu səbəti sizə bağışlayıram, yaxşı-yaxşı saxlayın. Daşqın baş versə, hər ikiniz səbətə girərsiniz, arxayın olun, batmayacaqsınız. Fusi əlini uzadıb səbəti götürən kimi dilənçi qeybə çəkildi.

Fusi və Nyuyva başa düşdülər ki, dilənçi adamlar arasına düşmüş tanrı imiş. Göyə baxa-baxa dua oxuyub baş əyməyə başladılar. Bir neçə gün keçdi və həqiqətən daşqın başladı. Şensiyanın
məsləhətini unutmayan qardaş-bacı bambukdan hörülmüş səbətə
mindilər və suyun üzündə üzdülər. Su yuxarı qalxdıqca səbət də qalxırdı, su azaldıqca səbət də qayıq kimi aşağı enirdi. Su çəkiləndən sonra səbət ehmalca yerə düşdü, Fusi ilə Nyuyva səbətdən düşüb ətrafa boylandılar: ay aman! İşıqlı dünyada onlardan, qardaş-bacıdan başqa heç kim yox idi. Nə etməli? Fusi bacısı ilə məsləhətləşdi: yer üzündə insan nəslinin kökü kəsilməsin deyə, gildən adam düzəltməyəkmi? Nyuyva sevindi və razılığını bildirdi. Onlar əhəng yığdılar;
su tökdülər, yoğurub adam düzəltməyə başladılar. Kimin ağlına gələrdi ki, onlar əllərini işə bulamamış Ana torpaq-Dimu Nyannyan gələcək və acıqla deyəcək:

- Əhəngdən adamcığaz düzəltmək istəyirsiniz? Bundan asan nə var! Amma mənə ziyan vurursunuz. Axı, sizə nə qədər əhəng lazımdır, sizin qazdığınız çuxuru doldurmaq üçün əhəngi mən hardan tapım? Yox, bir halda ki, insan nəslini davam elətdirmək istəyirsiniz,
gərək siz bacı-qardaş bir-birinizlə evlənəsiniz!

Bu sözlər onların qəlbini ağrıtdı, amma iş işdən keçmişdi, necə deyərlər, hirslərini basaraq hələlik öz niyyətlərindən əl çəkməli oldular.

Fusi insanlığı diriltmək fikrindən əl çəkməmişdi. O, çox fikirləşdi, çox düşünüb-daşındı, baxıb gördü ki, Ana torpağın məsləhəti ürəkaçan olmasa da başqa çıxış yolu yoxdur. Günlərin bir günü qardaş məsələni açıb bacısına dedi. Nyuyva onun sözlərini eşitdi, utandığından qıpqırmızı qızardı, büzüşüb qaldı və cavab vermədi. Yeddi
gün, yeddi gecə bundan danışdılar, sonra Nyuyva Fusiyə dedi:

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin