⚘Aid'in beş çayı

18 14 14
                                    

Öncəki bölümdə sizlərə Kharon haqqında məlumat vermişdim və orda Aid’in Stiks çayının adı keçmişdi. Mən də düşündüm ki, həm Stiks, həm də digər çaylar haqqında məlumat versəm yaxşı olar. Başlayaq♡

LETHE çayı (Unutqanlıq): Yunan mifologiyasında yerin altında axan çaylardan biridir. Bu çaydan içən kölgələr (ölülərin ruhları) dünyada yaşadıqları fani həyatlarına aid hər şeyi unudurlar. Bəli bu çay Unutqanlıq çayıdır. (K-drama izləyən varsa onlar bilər, Goblin dizisində də Azrail bəyimiz ölülərə unutqanlıq çayından bir fincan verirdi.)

Bir də Erisin qızı Naiad pərisi ( su pərisidir) olan Lethe var. Bu pəri də unutqanlığın simvollaşdırılmış halıdır amma yaddan çıxartmayın Lethe çayı başqa, pəri başqadır.

Lethe çayından məşhur Dantenin “İlahi komediya”sında da söhbət açılır. Qısaca Dante Arafda olarkən orda bir çaya adını vermişdir, hər kim o sudan içərsə hər şeyi yadından çıxardarmış.

MNEMOSYNE : bu çay haqqında qeyd edilib ki, yer altında axmasına baxmayaraq Aidin 5 çayı arasına daxil edilməyib.(Niyəsini bilsəniz yazarsınızツ)
Bu çay da digərləri kimi yerin altında axır, amma Lethenin əksinə olaraq bu çaydan içənlər ( bunlar reenkarnasyon olmağa hazırlaşan ölülərdir) keçmiş həyatlarına aid hər şeyi xatırlayırlar. Antonim olaraq düşününツ

Gəlin sizə bir dənə də olmazsa olmaz bir əfsanə də paylaşım:

Deməli Mnemosyne Yunan mifologiyasında Yaddaşın təcəssümü olan Titan tanrıçadır, Geya ilə Uranın qızı. Bu Zevsi sevirmiş (Bunlar Zevsdə nə görüb axı). Günlərin bir günü bu tanrıça eləmə təmbəllik özünü yaraşıqlı çoban licminə salır və Zevslə 9 gün 9 gecə bərabər olur ( Niyə çoban? Tanrıların zövqünə beynim reaksiya verə bilmir sndndjd) Bu bərabərlikdən də ilham pəriləri kimi tanınan 9 qızları dünyaya gəlir:

1. Calliope — Şeir
2. Clio — Tarix
3. Erato — Eşq şeiri
4. Euterpe — Musiqi
5. Melpomene -Tragediya
6. Polyhymnia — İlahi
7.Terpsikhore -Rəqs
8. Thalia — Komediya
9. Urania — Astronomiya

STİKS çayı(nifrətin çayı) - Stiks və ya Styks, Styx çayı yunancadan Cəhənnəm, daha çox Nifrət çayı kimi tərcümə olunur.

Okeanos ilə Tethysin qızı bir Nimfadır və ölülər ölkəsinə bir çay olmuşdur. Tanrılar onun adına and içirlər. Amma bu and elə -belə bir şey deyil. Belə ki, bu andı poza bilməzsən, geri döndərə bilməzsən.(Döndərsən vay haluva sjsjsj)

İçdiyi anddan üz döndərən hər hansı bir tanrı bir il ərzində nektar və ambrosiadan faydalana bilmir və doqquz il ərzində tanrılar arasından qovulurlar.
Stiks çayına girənlər məğlubedilməz olurlar, yəni bədəni dəmir kimi olur və heç kim o adama zərər verə bilmir. Yaddan çıxartmayaq ki, məğlubedilməz ilə ölümsüzlük fərqlidir.

Yunan tanrılarına görə onlar çox üstün varlıqlardır. Buna görə də heç kim (özlərindən başqa) ölümsüz ola bilməzdi. Buna görə də Stiks çayına girənlərin bədənlərində sadəcə bir nöqtə mühafizəsiz qalır. Təxmin edin ツ

Stiks mifoloji hekayələrində üstünə and içilən bir çay olaraq bilinsə də, Axillesin hekayəsində tema fərqlidir. Anası Thetis Axili məğlubedilməz etmək üçün onu uşaqkən Ölülər ölkəsində olan Stiks çayına salır ancaq topuğundan tutduğuna görə ora su dəymir nəticədə topuq hissəsi Axilin tək zəyif nöqtəsi olur.

KOKİTOS (iniltilər) çayı: Yunan mifologiyasında Aidin 5 çayından biridir. Eyni zamanda Dantenin yazdığı “İlahi komediya”sındakı “İNFERNO” hissəsində keçən, cəhənnəmin ən alt qatı, qısaca dibidir. Xəyanət edənlər və vəfasızların getdiyi yerdir.

ACHERON və ya AXERON (Aşeron da ola bilər) Əntiq mifologiyanın yer altı dünyasının, cəhənnəmin çayıdır. Eyni zamanda Akherus bataqlığından çıxan və İonia (Yunan) dənizinə tökülən qətranlı bir çaya verilən addır.
Acheron bir cəhənnəm, fəryad çayıdır. Kədər bulağıdır, Aidin 5 çayınıdan biridir.

Sonrakı dövr əfsanələrə görə Acheron Titanlar Zevs ilə döyüşəndə, Titanlara su daşıyırdı və buna görə də Zevs və Olimplilər qələbə çalanda onu bir çaya döndərirlər. (Yetim)

PYRIPHLEGETHON (alov) çayı: Alov və ya Flegeton ( alovlanıb yanan) çay mənasındadır. Platon bu çayı “dünyanın ətrafında axan və Tartarusun dərinliklərinə tökülən alovdan bir bulaq” kimi təsvir etmişdir.

Stiks çayına paralel uzanır. Rəvayətə görə Stiks Flegetona vurulubmuş (heç olmazsa, çaylar bir rahat dursun da nşnşnş) ancaq onun eşqiylə yanıb kül oldu və Aidə göndərildi. Sonda da Aid Stiksə icazə verəndən sonra çaylar qovuşdu.(arxada bir dənə duygusal musiqi)

Happy end’ləri sevirəm dəəツ♡

~Venera 💜

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin