⚘Abra və Yutpa

21 16 0
                                    

Bu gün Türk xalqları mifalogiyasındaki Abra və Yutpa haqqında danışacağıq. Elə isə başlayaq:

Abra və Yutpa - Türk mifologiyasında yeraltı ilanları. Abura və Yutma olaraq da tanınarlar.

Türk-Altay Mifologiyasına görə, Erlik Xanın yeraltı dünyasında Körfəz-Tengis (Müqəddəs / Böyük Dəniz) adlı böyük bir dəniz var idi. Abra və Yutpa bu dənizdə yaşayırdılar. Yeraltındakı Böyük Dəniz (Tengiz)də yaşayan və əjdahaya oxşayan nəhəng iki ilanın timsaha bənzər görünüşləri vardır. Bu əjdahaların biri Abra digəri isə Yutpadır və ikisinin adı birlikdə xatırlanar. Gözləri parlaq mis rənglidir. Ayaqları qızıldandır. İnanılmaz böyüklükdədirlər, görənlərin ürəyinə qorxu basar. Çox güclü çənələri vardır. Ker Abra, Ker Yutpa, Ker Arat və Ker Doydu olaraq dörd yeraltı canlısından bəzən birlikdə bəhs edilir. Bəzən də bunların eyni varlıq olduğu düşünülər. Abra və Yutpa, Erlik Xanın sarayının gözətçiləri olaraq da əfsanələrdə xatırlanar. Çəngəl quyruqlu və dörd ayaqlıdırlar. Yaşıl baldırlı, ağ sinəli, qayıq kimi yastı çənəlidirlər. Erlikin sarayını qoruyarlar. Bir yağnayı (fili) bir dəfəyə uda bilərlər.

Altay təsvirlərindən Abranın yaxşı, Yutpanın isə pis məxluqlar olduğu anlaşılır. Hər iki məxluqun təsvirlərindən əjdaha, ilan və timsah qarışımı bir məxluq olduğu düşünülməkdədir.

Anohin, Abranı bu sahədə qazandığı məlumatlar işığında belə təsvir edir: “Başında qartal quşuna bənzər lələkləri, parlaq gözləri, dörd ayağı və çəngəl quyruğu var. O, xalqın qoruyucusudur.

Yenə də Anohin Yutpanı belə təsvir edir: “Tünd şabalıd rənglidir, uzun boyuna, nəhəng ağıza, dörd qısa ayağa və çəngəl quyruğa malikdir. Yutpa sözü insanları diri-diri udan mənadır. Şamanlar bu məxluqun simgələrini çiyinlərində daşıyır.”

Galereya;

Galereya;

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

~ Bendis

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

~ Bendis

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin