⚘Tifon

3 3 0
                                    

Tifon - yunan mifologiyasındakı ən ölümcül canavardır və “bütün canavarların atası” ünvanına sahibdir. Tifon yunanca tüstülənmək mənasındadır. Yerin alov qüvvəsinin şəxsləşdirilmiş adı, Geyanın Tartardan olan oğludur. Nəhənglərin məhv edilməsindən sonra hiddətə hələn Geya tanrılardan qisas almaq üçün Tartar ilə cütləşərək Kilikiyada Tifonu dünyaya gətirir. Bu dəhşətli məxluq Geyanın uşaqlarının içində ən güclüsü olur.

Qurşağa qədər insan, ondan aşağı əjdaha cildli olan, bütün bədəni lələklərlə örtülmüş bu məxluqun çiyinlərindən yüzlərlə ilan başları, ayaqlarından isə gürzələr çıxarmış. Onun başı ulduzlara, bir əli qərbə və digər şərqə çatarmış.  Qanadları və insan başından əlavə, saysız əjdaha başı varmış.

Tifonun yoldaşı da özü qədər məşhur olan Yexidnadır. O da “Canavarların anası” ünvanına sahibdir, maşallah.
Deməli Zevs Titanları Tartarosa həbs edəndə ağbirçək Geya bundan əsəbləşir və oğlu Tifona tırka verir ki, Zevslə döyüşsün. Tifonun səsi gələn kimi tanrılar ya Misirdə gizlənərlərmiş, ya da heyvan licminə girib qaçarlarmış. Ağbirçək də düşünüb ki, Zevs də Tifona qalib gələ bilməyəcək. Amma dövran tərsinə dövr edir və Zevs uzaqdan Tifona ildırımlarla yaxın məsafədən isə Kronun orağı ilə həmlələr etdikdən sonra onunla əlbəyaxa olur. Tifon ilan ayaqları ilə Zevsin bədəninə sarılaraq orağı qoparıb  onun əlinin və ayaqlarının vətərlərini yarır. Sonra onu Kilikiyaya (ilk oxuyanda Klinika olaraq oxumuşdum sjsjjs) gətirərək mağaraya atmış olur. Onun vətərlərini isə ayı dərisinə bükərək mağarada gizlədir. Zevsin oğlu Hermes və Egipan (Pan) vətərləri tapıb Zevsin bədəninə yerləşdirirlər. Təzədən qüvvə toplamış Zevs Tifona hücuma keçir və onu Nysa dağına qədər qovur. Orada da bəxt ilahələri (Moirai adı verilən 3 ilahə) araya girib Tifonla kiçik bir oyun oynayırlar. Ona gücünü geri qaytaracağına söz verdikləri bir içki içirdirlər ki, bu içki də Dionisin zəhərli üzüm suyu olur. Bundan sonra qaçdı -tutdu qaldığı yerdən davam edir. Tifonla Zevs Haimos dağları (Balkan dağları) adlı yerdə döyüşürlər.

Belə ki, Tifon oradaki bütün dağ və təpələri qopardıb Zevsə tullayır. O da ildırımları ilə onları parçalayıb Tifonun üstünə göndərir. Bu parçaların altında qalan Tifondan elə bir qan dəryası axır ki, o gündən bu günə o dağlara Haimos (qanlı) adı verilir. Nəysə hələ də yaşayan Tifon sürünə - sürünə Etna vulkanının yanına gələndə Zevs ildırımları ilə dağı yerindən qaldırıb, Tifonun təpəsinə endirir. (Təpənə daş düşsün burda deyirlər skskkd)

Tifondan yaranan mifoloji məxluqlar;

𖥸Sfinks
𖥸KerberosOrthros
𖥸Ladon Əjdəhası
𖥸Nemea aslanı
𖥸Hidra
𖥸Ximera

~Venera 💜

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin