⚘Aid və Persefona

36 19 19
                                    

Rəvayətə görə, baş tanrı Zevs, Poseydon və Aid dünyanı öz aralarında bölüşdürmüşlər. Zevs yer və göyün, Poseydon dənizin, Aid isə yeraltı padşahlığın tanrısı idi. Zevsin iradəsi ilə şimşək çaxır, yağış yağırdı. Apollon işıq və incəsənət tanrısı idi. Günəş tanrısı Helios qızıl arabası ilə səfərə çıxanda gün başlanır. Münbitlik tanrısı Demetra idi. Onun qızı Persefonanı Aid oğurlayır. Onu anasının yanına buraxmır. Demetra kədərlənir. Hər şey solur, təbiət təravətini itirir. Zevs Aiddən xahiş edir ki, Persefonanı bir neçə ay anasının yanına buraxsın. Qız anasının yanına gələndə yaz gəlir, yeraltı dünyaya gedəndə anası kədərləndiyinə görə qış gəlir. "Aid və Persefona" əfsanəsi də buradan yaranmışdı.

Bu gözəl əfsanəyə keçməzdən əvvəl Aid'i biraz tanıyaq;

Aid arzuolunmaz, dəhşətli bəzən də "qonaqpərvər", "əliaçıq" tanrı kimi tanınırdı. Homer onu yeraltı Zevs adlandırırdı. O, müxtəlif rəvayətlərdə sehirli, onu gözəgörünməz edən papağı ilə xatırlanır (Uuu havalı) Bu papağı ona, onları azad etdiyinə görə təpəgözlər hədiyyə etmişdilər.

Elə aid sözünün mənası da "görünməz" deməkdir. Aidin özünəməxsus "Bident" adlı iki uclu əsası var. Onun bir ucu ölümü digəri isə həyatı təmsil edir. Yer altı sərvətlərin sahibi olduğu üçün olduqca varlı tanrıdır. Aidin yeraltı səltənətinə düşən heç bir canlının yer üzünə qayıtmaq şansı yoxdur. Yalnız 4 insan (onlar; Odissey, Orfey, Tesey və Herakl'dır. Onların haqqında da gələn bölümlərdə məlumat paylaşacam) Aidin yanından yer üstünə qayıtmağı bacarmışdır. Qorxunc və amansız olsa da sözündən dönməzdir.

Haqqında ən çox tanınan mif Persefonanı qaçırması ilə bağlıdır.

Aidlə əlbir olan Zevs onu oğurlamaq üçün Geyaya müraciət edir. Geya bu məqsədlə çəmənlikdə çox gözəl və cəlb edici nərgiz gülü bitirir. Persefona öz rəfiqələri ilə çəməndə çiçək toplarkən həmin nərgizin cazibəsinə düşüb onu üzmək istəyir. Qəflətən yerin tərki aralanır və Aid öz arabası ilə peyda olaraq onu yeraltı səltənətinə qaçırdır. 

Qəm və kədərdən üzülmüş Demetra doqquz gün qızını axtarır. Kömək üçün Heliosa müraciət edir. Göydən yerin nəzarətçisi olan Helios ona qızının Aid tərəfindən qaçırıldığını deyir. Zevsin də bu işdə əli olduğunu bilən Demetra Olimpi tərk edir. 

Tam üzülmüş halda uzun-uzadı sərgərdanlıqdan sonra o, Elevsin deyilən bir yerə çatır. Burada o, sadə insan cildinə girərək çarın misafirpərvərliyi qarşısında onun oğlu Demefontanın tərbiyəsi ilə məşğul olur. Demetra Demefontanı ölməz etmək üçün onu gecələr odun üstündə saxlayır. Uşağın anası Metanira bunu görcək haray salır. Bu zaman Demetra öz həqiqi cildinə qayıdır. Bunu görən Elevsina əhli onun şərəfinə məbəd ucaldır. 

Demetra bu məbəddə qapanaraq bütün gecələri qızına yas saxlayaraq ağlayır və yer üzərindəki bütün bitkilər solmuş olur. Bunu görcək Zevs qardaşı Aidə Persefonanı buraxmağı tövsiyə edir. Aid razı olur, amma Persefonaya getməzdən əvvəl yemək üçün nar dənəsi verir: bu o deməkdir ki, Persefona mütləq ərinə geri dönəcəkdir. Beləliklə məsələ həll edilir: ilin dörd ayını Persefona əri ilə, qalan səkkiz ayını isə yer üzərində anasının yanında keçirməli olur.

Persefonanın anasının yanında olduğu aylar Yer üzündə bolluq, bərəkət olur. Ərinin yanına qayıtdıqda isə Demetra ağlayıb sızlayır və Yer üzü soyuğa, qara və yağışa bürünür.

Son olaraq...Persefona Yeraltı Ölkəsinin Tanrıçası olmuşdur fəqət, doğulan heç bir uşağı Aid'dən deyil..:)

Bu da belə...Bu əfsanə çox gözəl deyil mi sizcə də? ♡

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin