⚘Xreydmarın qızıllara sahib olması

20 13 0
                                    

Xreydmar qızıllara necə sahib oldu?
(Alman-Skandinav əfsanəsi)

Danışırlar ki, bir dəfə üç mahir – Loki, Odin və Xenir işıqlı dünyaya baxmağa yollanmışdılar. Onlar bir çayın kənarına
yaxınlaşırlar və şəlaləyə rast gəlirlər. Orada ağzında qızıl balıq tutmuş su samuru dayanmışdı.

Bunu görən Loki daş götürərək su samuruna atdı; daş heyvanın başına düşdü və onu öldürdü. Loki öz ovundan razı idi, çünki o, bir zərbə ilə həm su samurunu, həm də qızıl balığı əldə etmişdi. Onlar su samurunu və qızıl balığı götürüb özləri ilə apardılar. Tezliklə onlar bir evə gəlib çıxdılar və içəriyə daxil oldular. Evdə cadugərlikdə səriştəsi olan varlı kəndli Xreydmar yaşayırdı.

Aslar xahiş etdilər ki, onlara rahatlanmaq və gecələmək üçün şərait yaratsın. Onlar ovu göstərərək “yeməyimizi də özümüzlə gətirmişik” - dedilər. Xreydmar ovu görcək oğlanları Regini və Fafniri çağıraraq söylədi ki, qardaşları Otr (su samuru) öldürülüb və kimlər tərəfindən öldürüldüyünü də dedi. O saat ata və qardaşlar asların əl-qollarını bağladılar. Aslar törətdikləri hadisəyə görə Xreydmar nə istəsə yerinə yetirəcəklərinə söz verdilər və and içdilər. Sonra su samurunun dərisini soydular; Xreydmar aslardan tələb etdi
ki, dərinin həm içərisini, həm də çölünü pulla doldursunlar. Bu da onların haqqı olacaq.

Onda Odin Lokiyə Qara alblar ölkəsinə yollanmağı tapşırdı. O, cadugərlikdə səriştəsi olan və vaxtaşırı balıq cildində suda yaşayan Andvari adlı cırtdan boylu bir adamın yanına gəlib çıxdı. Loki onu tutdu və ondan sağ qalması üçün nə qədər qızıl var hamısını tələb etdi. Cırtdan adam bütün qızıllarını verdi, amma kiçik bir üzüyü əlində gizlətmişdi.

Loki üzüyü gördü və onu da tələb etdi. Cırtdan Lokidən xahiş etdi ki, üzüyü ondan almasın, çünkü üzüyün köməyi ilə yenə özünə var-dövlət toplaya bilər, ancaq Loki qulaq asmadan üzüyü də götürüb geriyə döndü. Cırtdan dedi ki, üzük kimdə qalsa, ona ölüm gətirəcək. Loki cavabında söylədi ki, bu, onun
ürəyincə olardı. Bütün bunlardan sonra o, Xreydmarın evinə döndü və qızılları Odinə göstərdi.

Odinin üzük xoşuna gəldiyi üçün özünə götürdü. Xreydmar qızılları ağzına qədər dəriyə dolduraraq ayaq üstə qoydu. Sonra Odinə yaxınlaşdı ki, dərinin çölünü qızılla basdırsın. Odin dərini qızılla basdırdı. Kəndli dərini diqqətdən keçirdikdən sonra dedi ki, bığ tükünün biri örtülməyib, əgər bu belə qalarsa şərtimiz pozulacaq.

Bu vaxt Odin həmin üzüyü çıxararaq tükü örtdü və bununla da şərtə axıra qədər əməl etdikləri üçün dua etdi. Odin öz nizəsini aldı. Beləliklə, Xreydmar oğlunun ölüm haqqı kimi bütün
qızılların sahibi oldu.

~ Bendis

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin