Athena

5 2 0
                                    
Bu günkü mövzumuz Athenadır. Yogurt markası və ya musiqi qrupu olan Athena yox ha, mifdəki Athena. Bir də onu deyim ki, Azərbaycan dilində Afina deyilir, ama Athena daha cool çıxır. Niyə də Athena demiyim ki sjsjjs

Deməli bu xanım qədim yunan mifologiyasında hərb və zəfər ilahəsi, eləcə də müdriklik, bilik, incəsənət və sənətkarlıq ilahəsi idi. On barmaqda on marifet anlayacağınız...Afina şəhərinin himayədarı hesab edilirdi. Atributları bayquş (Minerva), dəbilqə, nizə və ilan idi. Tam adı bizim dildə Afina Palladadır.

Olimp tanrılarının hökmranlığını qurduqdan sonra İldırım Tanrısı Zevs ilk həyat yoldaşı olaraq müdrik ilahə Metis'i seçir. Uzun bir təqibdən sonra Zevs müxtəlif formalara girərək ondan qaçmağa çalışan Metisi tutur və münasibətə girir. Bu hadisədən sonra bir kəhanət ortaya çıxır. Deməli, Torpaq Ana’nın kəhanətinə görə Metis’in bir qız uşağı olacaqmış və bir də hamilə qalsa, dünyaya gətirdiyi oğlan uşağı Zevsi taxtdan salacaqmış. Bundan sonra Zevs şirin sözləriylə müdrik tanrıça Metis’i başdan çıxarır və sonra yanına yaxınlaşıb onu anidən udur. Bəli, udur ajsjsjsj

Bir müddət sonra Zevsin, Triton Gölü kənarında yürüş edəndə dayanılmaz bir baş ağrısı tutur. Yanına gələn Hermes, onun rahatsızlığını elə ordaca anlayır ve Hephaistos’u baltasını gətirib Zevsin başında bir yarıq açması üçün dilə tutur. Zevsin yarılan başından təpədən dırnağa silahlı və doğulanda yeri göyü inlədən bir nərə atan Athena dünyaya gelir. Off fantaziyaya bak be..

Hesiodos, Theogonia adlı əsərində Athena’nın doğumunu bu formada qələmə verir. (Theogonia, 886)

Tanrıların kralı Zevs ilk arvad olaraq
Metis’i, müdrik tanrıçanı seçdi özünə.
Metis ən çox şey biləndir
bütün tanrılar və ölümlülər arasında.
Ama bu tanrıça tam doğuracağı anda
qaragözlü Athena’yı,
Zevs Torpağın ve Göyün öyüdlərinə uyub
sevdalı sözlərlə aldadıb arvadını
uddu, gövdəsinin içinə aldı onu.

Yunanıstanın paytaxtı Afina elə Athenanın (Afinanın) şərəfinə adlandırılmışdır. Əfsanəyə görə, bu şəhərə dəniz ilahı Poseydon da öz adını vermək istəyirdi. Belə olduqda ilahların hakimliyi ilə yarış təşkil olundu. Afina və Poseydon şəhərə sahiblik etmək üçün öz qüdrətlərini göstərməli idilər.

Əvvəlcə Poseydon gəldi və akropola – şəhərin ən yüksək yerinə öz üç dişli nizəsini sancdı. Həmin yerdən dəniz suyu fışqırdı. Sonra Afina gəlib nizəsini yerə vurdu və həmin yerdən o dəqiqə bir zeytun ağacı çıxdı. Zeytun sudan daha qiymətli olduğu üçün hakimlər məsləhətləşib Afinanı qalib elan etdilər. O vaxtdan bu şəhər Afina adlanır.

Galereya:

Galereya:

Oops! Bu görüntü içerik kurallarımıza uymuyor. Yayımlamaya devam etmek için görüntüyü kaldırmayı ya da başka bir görüntü yüklemeyi deneyin.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin