⚘İdunun Oğurlanması

15 11 0
                                    

Lokinin bir müddət at cildində gəzməsindən və yenə öz adi görkəminə qayıtmasından azacıq sonra o, Odin ve Nyodr dünyanı piyada seyrə çıxdılar, əl-ayaq dəyməyən xəlvət dağlara gəldilər, burda keçdikləri bir neçə günlük yolda nə insan gördülər, nə də heyvan. Dünya hökmdarının qidaya ehtiyacı yox idi və o, yorulmadan irəli gedirdi, lakin onun yol yoldaşları aclıqdan və yorğunluqdan ayaq üstə güclə dayanırdılar. Yalnız beşinci gün allahlar vəhşi öküzlər sürüsünə təsadüf etdilər və Odin, öz nizəsilə onlardan birini öldürdü. Aslar sevinib, tələsik ocaq qaladılar, öküzün dərisini soyandan sonra onu qovurmağa başladılar. Bir saat, iki saat, üç saat, dörd saat keçdi; Loki və Nyodr ocağa ara vermədən çır-çırpı atırdılar, ancaq öküzün əti əvvəlki kimi çiy idi, elə bil heç ocağa qoyulmamışdı. Birdən allahların başları üzərində kim isə ucadan güldü. Onlar yuxarı baxdılar və çox hündürdə nəhəng qara bir qartal gördülər, o, allahların qaladıqları ocağın üzərində hərlənirdi.

-Niyə gülürsən?- deyə Odin soruşdu.- Olmaya, hansı bir sehrin köməyiləsə bizi nahar hazırlamağa qoymayan sənsən?

Qartal insan səsi ilə cavab verdi:

- Düz başa düşmüsən, Odin! Bu öküzün ətini mənimlə bölüşdürməyə söz verməyincə, onu qovura bilməyəcəksiniz.

Odin dedi:

- Yaxşı, öküzün bir çərəyini alarsan.

- Hə, biz sənə öküzün bir çərəyini verərik, - deyə Loki ve Nyodr təsdiq etdilər.

Bu sözləri deyən kimi ət onların gözləri qarşısında qovrulmağa başladı və tezliklə tamam hazır oldu.

Allahlar ocağı söndürdülər, öküzün cəmdəyini ordan götürdülər və parçalayıb qartala təklif elədilər ki, öz payını alsın. Qartal cəld aşağı şığıdı, ətin ən yaxşı, ən yağlı parçalarını tez-tez udmağa başladı.

Bunu görən Loki qəzəblənib, yoğun bir ağac götürdü, həyasız quşu vurmaq istəyəndə qartal zərbədən yayındı, cəld tərpənib ağacı iti, möhkəm caynaqları ilə tutdu. Həmin anda ağacın o biri ucu elə bil Lokinin əllərinə yapışdı və o, əllərini qoparmağa çalışanda qartal buludlara tərəf uçdu, od allahını da özü ilə apardı.

- Dayan, dayan, hara uçursan?-deyə qorxmuş Loki çığırdı. - Bu saat düş aşağı, xahiş eləyirəm.

Qartal onun sözünə əməl eləyirmiş kimi aşağı endi və lap yerin üstü ile uçaraq od allahını daşların, kolların arası ilə sürüməyə başladı.

Loki daha bərkdən çığırdı:

- Vay, nə eləyirsən? Dayan, yoxsa, qollarım qırılacaq.

Sürətlə irəli uçan qartal dedi:

- Əvvəlcə söz ver ki, mənim bütün arzularımı yerinə yetirəcəksən.

- And içirəm ki, yetirərəm, - deyə od allahı ağrıdan inildədi.

- Ancaq dayan.

Qartal güldü:

- Yaxşı.

O, ağacı caynaqlarından buraxdı və Loki bütün ağırlığı ilə yerə yıxıldı.

Qartal, yaxındakı ağacın budağında əyləşib dedi:

- Hə, indi qulağın məndə olsun, gör nə istəyirəm. Bu saat Asqarda gedəcəksən, ilahə İdunu onun almaları ilə birlikdə bura gətirəcəksən. Tələs ki, gün batanacan yanıma qayıda biləsən.

Loki ayağa qalxdı və hələ də əlində tutduğu ağacı bir tərəfə tullayıb soruşdu:

- Axı, sən kimsən?(ağlı başında deyil sjsj)

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin