⚘Eos və sevgililəri

5 3 0
                                    

Kephalos- Afinanın qurucularından oln Erechtheusun qızı Prokrislə evliykən, ova çıxdığı bir vaxt EOS tərəfindən qaçırılır. Bu qardaş namuslu bir kişi kimi əvvəllər EOS qarşı dirənir amma iş-işdən keçdiyini  görüb taleyi ilə barışır. Bu münasibətdən Phaethon ilə Hesperos (axşam ulduzu, Venera planeti) yaranır. 8 il birlikdə olduqdan sonra Kephalos axır ki, evinə qayıdır, ancaq Proklis kişinin sədaqətinə inanmır. Bir gün yoldaşı yenə ova gedəndə, başlayır onu təqib etməyə. Elə onda fələyin silləsini yeyir. Belə ki, ov dalınca qaçan Kephalos elə bilir ki, gizlənən onun ovudur və onu nizəylə vurur. Son nəfəsini yoldaşının qollarında verən Proklis yoldaşından evliliklərinin üzərinə and içməsini istəyir ki, o bir də heç vaxt EOSun yanına getməyəcək. Proklisi öldürən silah da, elə belə bir nizə deyilmiş, hədəfindən heç vaxt yayınmayan, ovsunlu bir nizədir. Burda bir mifik hekayə də var. Proklisin bir vaxtlar əfsanəvi bir heyvanı varmış. Bu heyvanın bacarığı isə heç vaxt ovunu əldən buraxmazmış. Adı Laelapsdır. Həmin bu it əfsanəvi Teumesios tülküsü tutmaq istəyərkən ölür. Ovunu heç vaxt əlindən qaçırtmayan it, heç vaxt tələyə düşməyən tülkünün arxasınca düşərkən ikisi də uduzur və daşa çevrilir. Nəysə qayıdaq məsələyə. Arvadının ölümündən özünü günahlandıran Kephalos yaşadığı yeri tərk edib, uzağa Sisam (Samos) adasına gedir. Məyus olmasına baxmayaraq yenə də ailə həyatı qurur, özüdə kiminlə? Boeotia ərazisindəki, Orkhomenos kralı Minyasın qızlarından biriylə ki, qaynaqlara görə adı Klymenedir. Bu evliliklə də Odysseusun babası Arkesios doğulmuş olur. Hekayənin sonunda Kephalos Proklisə qarşı keçirtdiyi vicdan əzabına görə özünü dənizə tullayıb, ölür.
Troya şəhzadəsi Tithonos Truva kralı Laomedonun Strymo adlı su pərisindən doğma oğludur. EOS bəyəndiyi Tithonosla, Ganymedesi Efiopiyaya qaçırdır. EOS Zevsdən sevgilisini ölümsüzlüyünü istəyir, o da Okay deyir və yaraşıqlı gəncimiz ölümsüz olur. Bunlar xoşbəxt həyat yaşayırlar amma ildən -ilə Tithonos qocalmağa başlayır, nə olsun ölümsüzdür. Bədən öz sözünü deyir. Bunu görən EOS buraxdığı səhvi anlayır. Sevgilisi üçün əbədi ölümsüzlük istərkən, sonsuz gənclik istəmək yadından çıxıb. Əlində sadəcə heç cürə ölə bilməyən, qocalıb, büzüşüb əldən düşən yaşlı bir insan qalır. Buna dözə bilməyən EOS sevgilisini bir çəyirtkəyə çevirir ki, hər gün səmada azad gəzsin.

Bu bədbəxtdən də iki övladı olur: Emathion və Efiopiyanın kralı olacaq Memnon. Memnon Troya ətrafında Axilleslə döyüşdə həlak olur. Eos oğlunun cəsədini Həbəşistana gətirmiş, göz yaşları tökərək əbədi yas tutmuş və Zevsdən xahiş etmişdir ki, onu Memnoidə çevirsin
Ona görə bir arzunuz olanda yüz ölçüb, bir biçin.

Kleitos –Bu sevgili haqqında elə də çox məlumat yoxdur. Lakin Kleitosun ulu babası, tarixçi Heredota görə Dionysosa ibadəti başladan adam olub, Argos kralı Melampousdur. Bu adam heyvanların dilini başa düşməklə yanaşı, qeybdən xəbər verirmiş. Bu bacarığını da misirlilərdən qazanmışdı. Kleitos EOS tərəfindən qaçırıldıqdan bir müddət sonra ölür və ona ölümsüzlük bəxş edilir.

~Venera 💜

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin