⚘Alp Ər Tunqa

29 19 15
                                    

İnsan qəlbi ətdir, çürür, məhv olub gedər
Ey insan,onu yaxşı-yaxşı qoruyub saxla.
*Alp Ər Tunqa

Alp Ər Tunqa adlı bir xaqan vardı
Ona yer üzü dar, göy üzü dardı.
Tuğ yapmışdı göy üzünə günəşi,
Bilikdə daha yoxdu bir bərabəri
Göy-Türk, Uyğur, Qarluq və Qaraxanlı
Daha neçə türklər, adları şanlı
Onu özlərinə ata saydılar
Zəfərini dörd bucağa yaydılar.
• • • • • • • • • • • • • • • •

(Alp Ər Tunqa dastanından)

Turan ilə İran bir birinə qonşu və düşmən iki dövlət idi. İran taxtında Mənuçöhr,Turan taxtında isə Alp Ər Tunqanın atası Peşenq Xaqan otururdu.

İran hökmdarı Mənuçöhr öldükdən sonra Xaqan Peşenq oğlu Alp Ər Tunqa ’ya belə dedi; «Bu iranlıların bizə etmədiyi pislik yoxdur. İndi türkün öc almaq zamanı gəlmişdir oğul!»

Alp Ər Tunqa da bunu istəyirdi. «Aslanlarla belə çarpışacaq qədər gücüm var və İrandan öc alacağım.» dedi. Peşenqin o biri oğlu Alp Aruz iranlılarla müharibə tərəfdarı deyildi.(Kesinlikle aklıma Diriliş Ertuğrul'daki Gündoğdu gelmedi xmjsj) Fəqət qərar verildi və Alp Ər Tunqa savaş hazırlığına başladı.

Alp Ər Tunqa aslan kürəkli,sərv boylu idi,hücumda timsah qədər cəsur,ov ovlarkən erkək aslan kimi çevik,vuruşmada savaş fili qədər qüvvətliydi. Yüyürdüyü zaman yeri titrədir,dalbadal atdığı oxlar vıyıldayaraq göyü inlədirdi. O hiddətlənib savaşa girəcək olsa,ayaq basıb toz qaldırdığı yerdə ətrafı qan seli bürüyərdi. Dostlarına ümid verən,güc verən dili düşmənləri üçün kəskin bir qılınc idi. Bilikdə də ondan üstünü yox idi. Ürəyi dərya qədər geniş,əli isə yağmur yağdıran bulud qədər comərddi.

Alp Ər Tunqa ’nın oğulları və qızları da vardı. Qızlarından birinə qaz (böyük ehtimal qu quşu deyilmək istənilib) qədər gözəl olduğu üçün Qaz adını vermişlərdi. Atası ona «İlə Suyu»na axan böyük bir çayın kənarında bir qala-saray yapdırmışdı.

Qaz burada oynar,üzərdi. Onun üçün türklər bu suya «Qaz Suyu» deyirdilər. Daha sonra Qazın yaşadığı,oyanaya oynaya böyüdüyü yer böyük bir şəhər oldu. Bu şəhərə də Qaz Oynu (Qaz Oyunu yəni)adını verildi. (Bu gün ki Qəzvin şəhəridir)...

Alp Ər Tunqa ordusu ilə İran üzərinə yürüdü. İki ordu Dehistan bölgəsində qarşılaşdılar. Türk ordusundan Barman adlı bir igid atını önə sürərək təkbətəj döyüşmək üçün iranlılardan ər dilədi. Barmanın qarşısına İran sərkərdəsinin qardaşı Qubad çıxdı. İki savaşçı sabahdan axşama qədər vuruşdular. Sonunda Barman qarğısı ilə Qubadı aşırdı və Alp Ər Tunqanın yanına zəfərlə döndü.

Bundan sonra iki ordu bir birinə qarışdı və o günə qədər görülməmiş dərəcədə şiddətli bir savaş oldu. Bu savaşı Alp Ər Tunqa qazandı. Meydan ölən iranlılarla doldu və İran padşahı geri çəkilib Dehistan qalasına sığındı. Fəqət Alp Ər Tunqa qalanı mühasirəyə aldı və sonunda İran padşahını əsir etti.

Bundan sonra İrana bağlı Kabil ölkəsinin,qəhrəmanlığı ilə məşhur padşahı Zal iranlıların yardımına gəldi,qəfləti bir hücumla türk ordusunu dağıtdı. Bu hadisədən çox qəzəblənən Alp Ər Tunqa əsir İran padşahını öldürtdü. O biri əsirləri də öldürməsinə qardaşı Alp Aruz mane oldu. Əsirləri Sari şəhərinə gətirdilər. Daha sonra bu əsirlərin qaçmasına göz yumulduğu üçün hiddətlənən Alp Ər Tunqa qardaşı Alp Aruzu da öldürtdü.

Alp Ər Tunqa yenə qalibdi və Rey şəhərinə gedərək İran tacını da taxmışdı. İranlılar isə ölən padşahlarının yerinə Zevi gətirdilər. İki ordu təkrar üz üzə gəldi. Bu dəfəki müharibə dövründə hər iki ölkədə ərzaq qıtlığı oldu. Bunun üçün də «Savaş və qıtlıq insanları məhv etməsin» deyə barışdılar. İranın Şimal əyalətləri Turanın oldu.

MİFOLOGİYAHikayelerin yaşadığı yer. Şimdi keşfedin