Təsadüf deyə bir şey varmı? Yoxsa bu tamamilə insanların uydurduğu bir bəhanə idimi? Təsadüfi hadisə bir dəfə olur. İkinci dəfə təkrarlanan hadisə artıq təsadüf deyil. Bir hadisə artıq ikinci dəfə təkrarlanırsa bu, həyatın səninlə bağlı planı var deməkdir.
Əgər elə deyildisə onda Rüstəmin bir neçə saat bundan əvvəl restoranda gördüyü qızın indi,öz evində,yemək yediyi masada nə işi var idi? Bu təsadüf idi mi? Əlbəttəki yox. Rüstəm özüdə bunu çox gözəl bilirdi. Hələ qapının qarşısında Nərmini görən kimi anlamışdı bunu. Bu təsadüf deyildi. Onsuzda Rüstəm təsadüf adlı bəhanənin arxasına sığınacaq qədər aciz biri də deyildi. Azad ruhlu,müasir düşüncəli,möhkəm iradəli idi və Kənan da Rüstəmi buna görə çox istəyirdi. İndi eyni masada Elvinin yanında əyləşmiş qadına baxa-baxa düşünürdü bunları. Nərmin isə Leyla və Ayna xanımla dərin söhbətə dalmışdı. Əslində o da Rüstəmlə eyni düşüncədə idi. Qapının qarşısında onu görəndə kiçicik bir şok yaşasa da bunu xaricdən bildirmədi,bu dəfə peşəsinin vermiş olduğu professionallığa içindən şükürlər elədi. Sadəcə yüngül baş salamı vermiş və ev sakinləri ilə tanış olmuşdu.Qətiyyən yanlış anlaşılmaq istəmirdi. Tez bir zaman da Ayna xanım və Leyla ilə qaynayıb qarışmışdı. Bununla yanaşı Leyla ilə Kənanın bir birilərinə olan baxışlarını da görmüşdü. Buna görə süfrədə əyləşəndə elə etdiki Leyla ilə Kənan yan-yana əyləşsinlər.
Həyatda Nərmin üçün peşəsindən,ailəsindən,sevgidən müqəddəs heç bir şey yox idi.Kənardan çox mükəmməl həyatı var imiş kimi görünürdü bəlkə də amma onun qəlbi beş ildir ki, sadəcə yaşamaq üçün döyünürdü. Heç kəsin bilmədiyi sirri ona artıq yük olmuşdu. İçindəki kədər artıq xərçəng hüceyrəsi kimi bütün bədənini ələ keçirmişdi. Beş il bundan qabaq tanımışdı onu, qərargah da ilk iş günü təsadüfən tanış olmuşdular Niyaz ilə. Günlər,aylar keçdikcə adi tanışlıq yerini saf məhəbbətə vermişdi. Bəlkədə sadəcə Nərmin belə düşünürdü. O qədər xoşbəxt idiki, düz gözünün önündə baş verən hadisələri görmürdü. Aprel döyüşlərindən sonra qərargahda xain olduğu xəbəri yayılmışdı. Bu xəbər isə Nərmin üçün çox şeyi dəyişmişdi. Uzun çəkən araşdırmadan sonra axtarılan satqının Niyaz olduğu üzə çıxmışdı. Bundan xəbər tutan kimi Niyaz maşınına minib qaçmağa təşəbbüs göstərmişdi. Onu tutub,ədalətə təslim etmək isə Nərminin ilk vəzifə tapşırığı olmuşdu.
Nərmin həmin gün Niyazı maşın ilə təxminən bir saatdan çox təqib etmişdi. Ancaq işlər gözlənilən kimi olmadı , son anda Nərmin tam Niyazın qarşısını kəsəcəkkən, Niyaz sürəti artıraraq yolu dəyişdi. Nərmin məcburiyyət qarşısında qalıb Niyazın maşınına atəş açdı, təkər partlasa da maşının sürəti yavaşlamırdı. Nərmin bütün bunlarla yanaşı Niyazın həmin gün bir piyadanı vurduğunu da xatırlayırdı,tək yadında qalan nüans Niyazı o qəzadan sonra tutub qərargaha təslim edə bilmişdi və vurduğu piyada iyirmi iki yaşlı gənc qız idi. Niyazı təslim etdikdən sonra elədiklərini bir-bir etiraf etmişdi.
Sorğu otağından çıxarkən komandir Nərminə ikinci və həyatı boyu unutmayacağı tapşırığı verdi. Verilən tapşırığa əməl etməli idi. Düzgün olan bu idi,içdən-içə hər keçən saniyə ölsə də gözlərinin qarşısına onun satqınlığı ucbatından şəhid olan əsgərlər gəldi. Elə o an heç düşünmədən,silahı əlinə alıb, düz Niyazın gözlərinin içinə baxa-baxa tətiyi çəkdi. Zərbənin təsiri ilə Niyaz oturduğu stuldan aşmışdı. Daha sonra qətiyyətlə otaqdan çıxdı, bir neçə addım kənarda əyləşən komandiri görən kimi tapşırığını həll etdiyinə dair işarə verdi. Həmin gün evə gəldikdən sonra nə qədər ağlamışdı bilmirdi. O gündən sonra da nə qədər ağladığını xatırlamırdı.
Axı hansı səbəb Vətəni satmağa dəyər? Axı hansı səbəb həyatı məhv etməyə dəyər? Niyazı öldürdüyünə görə heç vaxt peşman olmamışdı. Onu peşman edən ilk dəfə güvənib,sevdiyi şəxsin xəyanəti idi. O gün əslində tam anlamışdıki Nərmin üçün ailədən,sevgidən,peşəsindən müqəddəs heç bir şey yox idi. İndidə masada, düz qarşısında əyləşən Rüstəmin ikinci dəfə qarşısına çıxması bütün xatirələrini canlandırmışdı. Nə hiss edəcəyini,necə davranacağını bilmirdi. Allahdan tək istədiyi ikinci dəfə yanılmamaq idi.Bəlkədə həyatın onları əslində çoxdan bir araya gətirdiyini bilmirdilər. Bəlkədə hər ikisi həyata meydan oxuyurdu. Beş ildə həyat ilə apardıqları mübarizədə kim qalib çıxmışdı? Onlar mı? Həyatmı? Həyat ilə aparılan mübarizədə nə qalib var nə də məğlub.
Hər şey sənin baxışından asılıdır. Özünü qalib kimi görürsənsə deməli sən qalibsən. Özünü məğlub kimi görürsənsə həyatın sərt üzünün göstərdiyi bütün müsibətləri dadmağa məhkumsan....Ümidvaram bəyəndiniz. Fikirləriniz mənim üçün çox önəmlidir.
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
ChickLitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....