•16•

42 14 9
                                    

Yaşamaq ifadəsi bəzən necə də qəribə səslənir elə deyilmi? Hər gün doğan günəşi görmək, dənizin sahilində dayanıb mavi suda bərq vuraraq parıldayan isti işıq şüalarını hiss etmək,anı yaşamaq,sevmək,sevilmək,qalib gəlmək,məğlub olmaq,sevinmək,ağlamaq. Yaşamı qüsursuz edən onun içindəki təzadlıqdır. Hər təzadı ayrı bir dərs öyrədir insana. Kibirdən,nifrətdən,laqeydlikdən uzaq yaşamaq həyatın bizə ömür boyu öyrətdiyi ilk dərs idi bəlkədə.
Bir digəri isə zamanın geri alına bilmədiyimizi öyrədirdi. Zaman bu həyatda hər kəsə verilən ən dəyərli hədiyyə idi və onu geriyə almaq mümkün deyil. Buna görə də əlimizdə olan hər şeyin dəyərini bilməliyik. Uşaqlığımızın,məktəb illərimizin,dostluqlarımızın,oynadığımız oyunlarımızın,sevdiyimiz və yaxud da sevmədiyimiz hər şeyin zamanı gələndə bizim üçün məyus edici bir xatirədənsə,təbəssüm yaradan təcrübəyə çevrilməsi üçün əlimizdən gələni etməliyik. Son nəfəsimizdə "Kaşki" yox "Yaxşıki" demək üçün bəlkədə hər saniyə mübarizə aparıb,dərindən düşünərək hərəkət etməliyik.
Pəncərədən həyətdə futbol oynayan uşaqlara baxaraq eynilə bunları düşünürdü polkovnik. Necə də bəxtəvərdilər,həyatın mübarizələrlə dolu üzünü görmədikləri o qədər aşkar idiki deyə düşünürdü öz-özünə. Eyni zamanda ürəyindən onların həyat boyi belə qalmaqlarını istəyirdi. Soyuqdan qızarmış üzlərini və qulaqlarını veclərinə almadan qışqıraraq oynayırdılar və bu da ona Rüstəmlə uşaq vaxtı oynadığı futbol oyunlarını xatırladırdı. Digər uşaqlardan cüssəli idi deyə Kənan həmişə qapıda dayanardı, Rüstəm isə hər oyunda mütləq yalandan yerə yıxılıb hiylə işlədərdi. Hərkəs hiylə ilə oynadığını bilsə də Kənandan qorxduqları üçün Rüstəmə heçnə demirdilər.

Yeməklərini yedikdən sonra hərkəs Kənanın təklifi üzərinə onun evinə gəlmişdi. Əşrəf dayı və Ayna xalası isə gəncləri narahat eləmək istəmədikləri üçün yuxarı çıxmamışdılar. Hər biri keçib çay süfrəsinə əyləşəndə Kənan süfrəyə göz gəzdirib Leylaya baxdı "Bəs şirniyyat bişirməmişdin?" dedi gülərək.Leyla isə Kənana baxıb "Nə şirniyyat? Həə onlar? Onlar yandı." deyib stəkandakı isti çayı bir nəfəsə içdi. Daha sonra "Vallah mənlik deyil,yəni, bəlkə də mənlikdi bilmirəm. Amma qətiyyən yandırmaq istəməmişdim öz-özünə yandı." dedi. Masadaki hər kəs gülərək reaksiya versə də Kənan və Leylanın gözləri bir-birində qalmışdı.
Rüstəm və Nərmin kənardan onlara diqqət edirdilər. Hər ikisi də onların sevgisinə heyran idi. Rüstəm onların sevgisini uşaqlıqdan bəri bilirdi və buna hörmət edirdi. Çünki bacısının Kənana qarşı hislərini bilirdi. Dəqiq xatırlayır ki, hələ beşinci sinifdə oxuyarkən Kənanla Rüstəm həyətdə dava eləmişdilər. Dava isə yenə Rüstəmin hiyləsinə görə olmuşdu amma Kənan onu tək qoymamışdı. Düzdü nəticədə Kənana heçnə olmamışdı amma Rüstəmin burnu qanamışdı,Kənan onu evə gətirəndə Leyla qardaşına baxmadan Kənanla maraqlanmışdı. Elə o gündən Rüstəm gizlicə Kənanla Leylasının sevgisinə pərəstiş edirdi. Sakitçiliyi "Heçnə olmaz.Tortda dadlıdır." deyən Elvinin səsi pozdu. Elvini isə maraqlandıran sadəcə çay və tort idi. Nərmin onun bu halına istəmədən də olsa güldü. Elvin çox ciddi,sərt biri kimi görünsədə bir şirniyyatla könlünü almaq mümkün idi. Başını qaldıranda isə Rüstəmin tərs baxışları ilə qarşılaşacağını düşünmürdü. Eyni zamanda isə bu vəziyyət qarşısında nə edəcəyinidə bilmirdi. Rüstəm isə özünün belə yad olduğu reaksiyalar verirdi. Hələ bir neçə saat tanıdığı birinə qarşı necə olurki bu qədər doğma hiss edirdi? Kənanın iş yoldaşı olduğunu bilmək onu tanımağa bəs edirdimi? Düşüncələrində sanki boğulurdu. Bir təhər düşüncələrindən sıyrılanda gözlərini Nərminin gözlərindən çəkdi. Heç bilmirdi niyə amma Nərmin ona çox doğma gəlirdi.

Sevgi insanı həyata bağlayan ən ülvi hisdir. Buna görədə insanlar sevgisini və ümidini itirməməyə çalışırlar. Həyatın qarşımıza çıxardığı digər təzadlardan biri də məhz sevgi və nifrət idi. Hər ikisinin artığı zəhərdi. Hər ikisinin yoxluğu mümkündür amma hər ikisinin tarazlığı demək olarki, imkansızdır. Qəlbində sevgi olan birinin həyatında nifrətə yer yoxdu. Eynilə nifrətlə bəslənmiş ruh sevgidən bixəbərdir.

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin