Uzun müddətdir yazmaq istədiklərimi bir qadın olaraq yazacağam. Bu bir hekayə bölümü deyil. Bir qadın olaraq doğulduğumuz gündən etibarən təyziqlərə məruz qalırıq,istədiyimiz azadlığa sahib ola bilmirik. 'SƏN QIZSAN!' 'BUNU GEYİNƏ BİLMƏZSƏN!' 'ORA GEDƏ BİLMƏRSƏN!' 'QƏHQƏHƏ İLƏ GÜLƏ BİLMƏRSƏN' və daha neçə-neçə bu kimi yersiz və mənasız düşüncələr (təyziqlər). Əziz qadınlar,hər kim olursa olsun heç kəs sizin istədiyinizi etməyinizə mane ola bilməz. Heç kəs sizin uğura gedən yolda qarşınızı kəsə bilməz. Siz hər şeydən qabaq insansınız, ana deyilsiniz,bacı deyilsiniz, İNSANSINIZ. Həyatınızı ata evində atanıza, ailə qurduğunuzda isə həyat yoldaşınıza və yaxudda uşaqlarınıza həsr edib,öz həyatınızı unutmayın. Öncəliyiniz öz həyatınız,öz qərarlarınız olsun. Təhsilə önəm verin, dünya görüşünüzü artırın,deyin-gülün,əylənin,sevib-sevilin,səhvlər edin. Həyatınızı öz istədiyiniz kimi dolu-dolu yaşayın. Başqası nə deyər deyə düşünməyin. Bu sizin həyatınızdır başqasının yox. Həmcinslərinizi qoruyun,hörmət edin,onları alçaltmayın,lakin obyektiv olun,doğru ilə yanlışı seçməyi bacarın. Övladlarınızı cinsi ayrı-seçkiliyin olmadığı mühitdə böyüdün. Qızlarınıza yemək bişirməyi öyrədərkən oğlunuza maşın sürməyi öyrətməyin. Oğlunuza nəfsinə sahib çıxmağı öyrədin. Bəlkədə hər güclü kişinin arxasında bir qadın yoxdur amma hər bir qadın cinayətinin və zorakılığının arxasında bir kişi vardır. Qadınlar və kişilər hüquqi cəhətdən də dini cəhətdən də bərabər insanlardılar. Streotipləri yıxın,biz güclüyük,biz zəif deyilik. Hər birinizi bu gözəl gün münasibətilə təbrik edirəm.❤
![](https://img.wattpad.com/cover/267816760-288-k190648.jpg)
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Chick-LitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....