Hər üçü prosesin getdikcə daha da çətinləşdiyinin fərqində idilər. İndi sadəcə diqqətlə düşünməli ,atdıqları hər bir addımı yüz dəfə düşünüb bir dəfə biçməli idilər.Buradan necə çıxacaqdılar? Lazım olan məlumatı Bakıya çatdıra biləcəkdilər? Yoxsa bu erməni dığaları onların kimliyindən xəbər tutacaqdı?Bu sualları hər üçünü narahat edirdi. Araik içəri qayıdan kimi üçüdə bu düşüncələrdən sıyrıldı. Vaxt itirmədən Elvin "Biz ətrafı gəzək, nə var,nə yox bir öz gözlərimizlə görək." deyəndə stoldan qalxsada, Araikin reaksiyasını ölçürdü. Nərmin də hər ehtimala qarşı əlini silahının üstünə apardı və hazır vəziyyətdə gözlədi. Araik "Əlbəttə. Gedin,gedin. Təki bizi bu türklərdən qoruyun." deyən kimi Elvin qapını açıb,çıxdı. Nərmin və Kənanda qapıdan çıxan kimi sürətlə bayaq mindikləri maşına tərəf irəlilədilər. Elvin qapının qarşısında dayanan sürücüdən açarı aldı və əyləşib,mühərriki işə saldı. Vaxt itirmək olmazdı. Artıq geri dönüş yox idi. Onlar özləri öz əlləri ilə sonlarını gətirmişdilər. Bəlkə də göz görə-görə ölümə gedirdilər kim bilir?Buna baxmayaraq "OLSUN" deyirdi hər üçü 'Bu Vətənə bir quru canım fəda olsun, indi bilinməsədə bəlkə gələcəkdə onların qədrini bilən olacaq?Bəlkə ən azından bir nəfər tanımasa belə qəbirlərini ziyarət edəcəkdi,göz yaşı töküb,dua edəcəkdi?. Nərmin həm Kənana,həm də Elvinə baxıb "Haqqınızı halal edin. Mənim haqqım sizə halaldı onsuz." dedi. Bu sözləri daha neçə dəfə eşidəcəkdi? Daha neçə dəfə söyləcəkdi deyə düşündü polkovnik. Hər dəfə ölümlə üz-üzə gəlməyə öyrəşmişdi. Bəs onda niyə hər dəfə belə həyacan bürüyürdü bədənini? Niyə bütün həyatı gözlərinin önündən keçirdi? Niyə tərləyirdi ovucları? Qorxurdu? Yoxsa bu mənasız saydığı həyata çox bağlanmışdı? Yox,yox dedi ürəyində. Bu həyata onu nə bağlaya bilərdiki? Olmayan ailəsi? Yoxsa öz əlləri ilə torpağa qoyduğu dostları? Elə onda bir cüt qara göz gəldi ağlına. Bu həyatda onun üçün mənalı olan yeganə şey. Leylası. Kənanın Leylası. Onun gözləri ən qaranlıq gecələrin ulduzlu səması kimi idi.
Elvin "Arxadan maşın gəlir. Böyük ehtimal Araik bizi güddürür. Kənan,aç xəritəni, oxu." deyəndə Kənan sanki yuxudan ayıldı. Xəritəni əlinə alıb olduqları yeri müəyyən eləməyə çalışdı,amma heç yeri tanımadığı üçün heçnə edə bilmirdi. Nərmin qətiyyətli şəkildə "Elvin, 100 metrdən sonra sağa dön, dünən gəldiyimiz yol yəni,asfalta çıxacıyıq. Oradanda 45 dərəcə şimal-şərq istiqamətində ən azı üç ya da dörd kilometr yol getməliyik." dedi. Elvin "Necə belə əmin ola bilirsən?" deyə soruşanda Nərmin "Dünən gəldiyimiz bütün yolları əzbərləmişəm." dedi. Elvin Nərminin dediyi kimi yüz metrdən sonra sağa döndü və maşını 45 dərəcə şimal-şərq istiqamətində sürməyə başladı. Təxminən bir kilometr getmişdilər amma vaxtları daralırdı. Hələ gedəcək çox yol olsa da vaxtları az idi. Buna görə də Elvin sürəti artırdı.Elə o an maşının arxa şüşəsi çilik-çilik oldu. Üçüdə təhlükədə idi. Nə edəcəklərini bilmirdilər. Birdən-birə maşından qarşlıq da verə bilməzdilər. Bütün plan məhv olardı. Kənan tez komandirə zəng elədi."Komandir, kimliyimizi bilməsələrdə onları aldatdığımızın fərqindədilər. Yerimizi saatlar vasitəsilə aydın görürsünüz. Dron göndərib bu məsələni yoluna qoya bilərsiniz? Köməyə ehtiyacımız var." deyə soruşan kimi komandir "Siz sadəcə onların bir neçə dəqiqə başını qatın." demişdi. Kənan aldığı cavabın rahatlığı ilə başını qaldırmadan əlini silahına atdı. Bunu görən Nərmində silahını sazladı. Kənan Elvinə "Başlarını qatmalıyıq." deyən kimi Elvin ziqzaqvari hərəkətlərlə maşını sürməyə başladı. Kənan və Nərmin isə arxa şüşədən maşınlara atəş açmağa başladılar. Bir neçə saniyədən sonra Nərmin başını azca qaldırıb yola baxanda iki maşının onları təqib elədiyini gördü. Zaman qısalır,güllələri yavaş-yavaş qutarırdı. Kənan birazda atəş açmaq istəsə də qolundaki tikişlər partlamışdı və qanaxması var idi.Qeyri-ixtiyari çiyinləri çökdü. Gözlərini yumub başını geriyə atdı. Vəziyyətin ona verdiyi çarəsizliklə əlindəki silahı başına vura-vura "Bacarıqsız,bir işin öhtəsindən gələ bilmirsən,axmaq."deyə qışqırırdı. Nərmin Kənanın əlindən silahı çəkib aldı və gözlərinin içinə baxaraq "Kənan, sakit ol. Özünə gəl. Özünü ələ almalısan. Ağlınla qərar verməlisən." deyib iki əlindəki silahlarla atəş açmağa başladı. Elvin "Az qalıb, biraz da dözün.Haydi biraz da səbr edin." deyirdi. Əlindəki silahların gülləsi bitəndə Nərmin də biçarə vəziyyətdə oturacaqda əyləşib başını aşağıda gizlətdi.Kənanın qolundakı qanaxma hər keçən saniyə daha da çoxalırdı. Elvin yan oturacaqdakı futbolkanı Nərminə uzadıb "Bərk sıx,bağla." deyən kimi Nərmin Kənanın qolunu sarıdı. Bir an güllə yağışı daha da şiddətləndi, maşının benzini artıq bitirdi. Üçü də yolun sonuna gəldiklərini düşünürdü. Elə o an güclü partlayış səsi gəldi. Nərmin tez başını qaldırıb, baxdı və üzündəki təəccüb eyni zamanda qürur dolu gülümsəmə ilə "Dron,dron vurdu onların maşınlarını" dedi...
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
ChickLitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....