Sakitcə başını qaldırıb televiziya kanallarının birində canlı olaraq təqdim edilən çıxışa baxırdı. Üzündəki fəxr hissi ilə İlham Əliyev Şuşanın azadlığını bildirəndə ətrafında oturan hər kəsdən böyük gurultu qopdu. Əməliyyatı yerinə yetirəndən sonra siravi bir vətəndaş kimi almaq istəmişdi Şuşanın azad olunma xəbərini.Hər nə qədər bu azad olunmada rolu olsada bəzən adi insan olmaq üçün çox şeyi fəda edərdi polkovnik. İndidə eləcə hansısa bir küçədə,hansısa bir çayxanada,hansısa bir masada əyləşib qarşısındakı bir stəkan çaya zillənib qalmışdı. Necə reaksiya verəcəyini heç özüdə bilmirdi. Ən axırıncı dəfə nə zaman adi insan olmuşdu? Nə zaman çiyinlərində ən az özü qədər yük olmamışdıki onun? Nə zaman bu həyatın görünən üzünə aldanıb əsl həyatı unutmuşdu? Güldü. Heç vaxt. Dodağındakı gülüşün solması heç də uzun çəkmədi çünki yan masadakı hansısa boşboğaz "Əşi sən Allah,Şuşanı onsuzda çoxdan almışdılarda indi deməynən nolduki guya?Hamı bilirdiki Şuşa alınıb." deyəndə Kənanı sanki ildırım vurdu. Heçnə yox sadəcə həmin əməliyyatdan sonra öz əlləri ilə xüsusi təyinatlılara verdiyi xəritələrin kopyası,onlarla olan sonuncu söhbəti və çoxunun geri qayıtmaması gəldi durdu gözünün önündə. "Bilmədiyin bir şey haqqında danışma. Ağlın yoxdu amma fikrin var. O fikrividə saxla özüvə." dedi sadəcə çünki bu yanındakı boşboğazla bir saniyə belə vaxt itirmək istəmirdi."Ala sən kimsənki? Belə başbilənsən davay cəbhəyədə,ala, cavan adamsan gəlib burda mənimlə söz güləşdirənə kimi ged bir ermənidə sən öldürdə. Sənin tayların cəbhədədi." deyəndə Kənan çənəsini sıxıb gözlərini yumdu. Nə qədər istədisədə əsəblərinə hakim ola bilmədi. Ən yaxşısı getməkdi deyib ayağa qalxdı stolun başından asdığı dəri gödəkcəni götürəndə həmin boşboğaz "Noldu düz söz yandırdı,atam?" deyəndə Kənan yumruğunu qarşısındakının üzünə keçirtdi. Yaxasından tutub onu bir əli ilə divara söykədi,əlinin ağrısını tamamilə unutmuş, açılmış yeni tikişlərinə məhəl qoymadan anlıq gələn əsəb ilə hərəkət edirdi ,digər əli ilə cibindəki telefondan formada Xudayarla olan şəklini göstərdi. Hər ikisinin əlində avtomat amma üzlərində gülüş var idi."Noldu? Bəs eləmədi? Ala sən kimsənki? Sən orda nə yaşanır bilirsən heç? Kimlər orda öz canından keçir bilirsən?Öz övladının doğumunu görmək istəməyənlər vare ala orda sırf,sırf Vətən üçün. Daha sənin kimilər ağzının qatığını dağıtsın deyə yox." deyib çayxanadan çıxdı. Küçə ilə üzüaşağı yavaş-yavaş gəzməyə başladı, əsəbi hələ də soyunamışdı. Soyumağa üz tutmuş tutqun havanın əksinə onun qəlbini və bədənini ələ keçirən ani nifrət alovunu ram etmək mümkün olmurdu. Qəlbi sanki od tutub yanırdı. Görəsən insanların nə yaşadığını bilmədən onlar haqqında fikir yürütmək bu qədərmi asan idi? Bəs empatiya duyğusu,bəs insanlıq? Birini qınamaq ən rahat çıxış yoludu nəinki onu dinləyib,yaşadıqlarından xəbərin olduqdan sonra məsləhət vermək ya da kömək etmək. Bu düşüncələr beynini əsir almışdı.Nə qədər gəzmişdi heç özüdə bilmirdi açığı amma başını qaldıranda birdə ayıldıki dəniz qırağındadı və axşam olub. Heç kəs yox. Sadəcə o,dəniz və qaranlıq. Birdən birə işindən sonra ən böyük məşğuliyyətinin düşünmək olduğunu anlayanda gülmək tutdu onu. Bəlkədə biri ona yenidən işıqlı səhər verə bilərdi amma o bunu istəmirdi. Çünki itirmək qorxusu bütün mənliyini ələ keçirmişdi. İndi ona dünyanın bütün gözəlliklərini versələr də o, yenədə təkliyi seçərdi çünki, artıq itirmək istəmirdi. İtirəcək heç bir şeyi olmasada itirmək istəmirdi...
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Literatura FemininaSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....