•18•

37 9 10
                                    

Hər üçü Nərminin evində əyləşmiş Səlimzadənin kim olduğu ilə bağlı araşdırma aparırdı. Elvin "Bütün keçmişini araşdırdım,hətta indiyə kimi internetdə axtardıqlarını belə incələdim. Diqqət çəkəcək kiçicik bir nüans belə yoxdu." deyəndə Kənan da "Haqlısan. Mən də ailəsini və qohumlarını araşdırıram. Bunlar da təmizdi. Şübhə oyandıran bir şey yoxdu." dedi. Nərmin isə gətirdiyi çayları masaya qoyandan sonra " Bu qədər normallıq şübhə oyandırır. Diqqətinizə çatdırım ki, bəylər, bu xain rəisin tələbəsidi. Yəni, ehtiyatlı olmaqda fayda var." dedi əlindəki şirniyyatı Elvinə uzadarkən. Elvin "Gəlin şübhəlini öz məkanında araşdıraq." deyəndə Kənan da gülə-gülə "Şirniyyat yeyəndə başın işləyir haa." dedi. Elvin isə cavabında ona "Eh, bizim Leylamız olmadığına görə tək enerji mənbəyimiz şirniyyatdı nə edək?" söylədi. Həyacandan nə edəcəyini bilməyən Kənan divandakı yastıqlardan birini Elvinə tulladı. Onların bu halına gülən Nərmin "Bəsdirin, əməlli başlı uşaqlaşdınız. Hələ Ruslanın evinə getməliyik. Biraz cəld olun." deyəndə ikisidə ciddiləşdi. Ayağa qalxıb, üst geyimlərini geyinərək evdən çıxdılar. Üçüdə Nərminin maşınına əyləşib, gedəcəkləri yerdə nə edəcəklərini düşünürdülər. Nərmin xəbərlərə qulaq asmaq üçün radionu yandırsa da bir neçə dəqiqə sonra mahnı çalmağa başladı. Elvin " Aaa Əliağa Vahidin qəzəlidi bu. Nərmin, biraz səsini artıra bilərsən?" dedikdən sonra hər üçü bir-birinə baxdı, vəziyyətin qeyri-adiliyindən şübhələnən Kənan yavaş-yavaş bütün kanalları çevirdikcə hər kanalda eyni mahnının olduğunu anladılar. Mahnının dayanmadan təkrarlanan :

"Yüz dəfə yansaq eşq oduna qorxu bilmərik,
Çünki,diyarımız bizim odlar diyarıdır."

hissəsindən sonra Nərmin bir anda sürətini artıraraq maşının istiqamətini dəyişdi. "Suraxanıdaki Atəşpərəstlik məbədini işarə edir. Başqa açıqlaması ola bilməz." dedi yolu diqqətlə yoxladıqdan sonra. Bir neçə dəqiqə çəkən səssizlikdən sonra Elvin sevincək " Gördünüz? Mən rəisdən istədim, o da sağolsun bu dəfəki parolu Əliağa Vahiddən etdi" deyəndə hər üçü gülməyə başladı. "Bəs sizcə niyə bizi çağırır?" Elvinin sualına Kənan "Bəlkə önəmli bir hadisə baş verib." deyə cavab verdi. "Son zamanlar baş verən hadisələrdən heç gözüm su içmir. Nəsə elə düşünürəm ki, bunların nəticəsi bizim üçün yaxşı olmayacaq." Nərminin sözləri Kənan və Elvinin düşüncələrini bulandırmışdı. Bəlkə də Nərmin haqlı idi. Bu məsələ bəlkə də heç biri üçün yaxşı bitməyəcəkdi....

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin