Elvinin sözləri ilə hər biri yerindən durub hazırlaşmağa başladı. Hər şey o qədər qəliz idiki, bir dəqiqə vaxt itirə bilməzdilər. Vəziyyətin bu dərəcə mürəkkəbləşəcəyini heç biri gözləmirdi və baş verən hadisələrin axarına o qədər qapılmışdılar ki, təhlükənin haradan gələcəyindən xəbərsiz idilər. Gödəkçələrini geyindikdən sonra Elvin üzünü Kənana tutub "Sənə Ruslanın bağ evinin adresini mesaj atmışam." dedi. Bu sözlərin ardından Rüstəm ona baxaraq "Bəs biz?" deyərkən Nərmin sakitcə "Mən adresi bilirəm. Keçən həftə onsuzda tapşırıq üçün ora gedəcəkdik." dedi. Nərminin sözlərindən sonra hər biri Elvinlə sağollaşıb evi tərk etdilər. Nərmin və Rüstəm onun maşınına əyləşərkən eyni vaxtda Kənan və Leylada Kənanın maşınına əyləşib yola qoyuldular. Nərmin "Səlimzadənin evi bir qədər uzaqdı amma bu yaxşı oldu. Biz ora çatanda qaranlıq olacaq, ona görədə çox diqqət çəkmərik." deyə açıqlama verdi. Rüstəm isə sakitcə başını yelləməklə kifayətləndi. Nərmin vəziyyətin ciddiyətini daha yaxşı izah etmək üçün "Bax , Rüstəm , gördüyümüz iş qeyri-qanunidir. Biz xüsusi icazəmiz olmadan bir həftə əvvəl özünü öldürmüş, dövlətin rəsmi qurumları tərəfindən axtarılan xainin evinə axtarış üçün gedirik. Bu işin nəticəsində həps oluna bilərsən, işini, ailəni itirə bilərsən."dedi. Rüstəm isə əvvəlcə bir neçə saniyə Nərminin üzünə baxdı, yarımağız gülümsəyib gözlərini yola dikərək "Səninlə bir yola çıxmışıq və bu işi başa çatdırmadan geri dönməyəcəyik.Nəticəsi hər nə olur olsun, səninlə olduqdan sonra heç bir önəmi yoxdur."deyəndə sanki dodaqlarından tökülən hər bir kəlmə Nərminin qəlbində özünə taxt qururdu. Rüstəmlə sanki unutduğu hisləri xatırlayırdı, yenidən həyacanlanmağa, birini önəmsəməyə bu qədər çox ehtiyacı olduğunu bilmirdi.
Ancaq bildiyi tək bir şey var idisə o da Rüstəmi daha ilk gördüyü gündən bəri bu hisləri dəfələrlə yaşadığı idi. Bu dəfə isə özünə söz verdi, bir daha əsla sevdiyini itirməyəcəkdi, onu həmişə qoruyub, qəlbinin ən dərin qatlarında,heç kəsin hətta özünün belə zərər verə bilməyəcəyi yerdə gizlədəcəkdi.
Rüstəm də bilirdi Nərminə qarşı olan hislərini bunu hələ onu evlərinə qonaq gəldiyi gün qapının qarşısında görəndə hiss etmişdi. İkisidə artıq uşaq deyildi və qəlblərindəki hislərin onlara nə demək istədiyini bilirdilər.
Maşının dayanması ilə Rüstəm sanki yuxudan ayıldı. Nərminə baxıb gözünü qarşısında dayandıqları hündür mərtəbəli binaya dikdi. Nərminin maşından enməsi ilə o da cəld hərəkətlərlə maşından endi. Nərmin yavaş addımlarla binanın giriş qapısına yaxınlaşaraq telefonundakı xüsusi proqramla qapının kilidini açdı, Rüstəm də onun ardıyca yavaş ancaq diqqət çəkməyən addımlarla irəliləyirdi. İkisidə gəlib liftin qarşısında dayandılar,indiyə kimi qarşılarına heç kim çıxmadığına görə Nərmin içindən dəfələrlə şükür etmişdi. Çünki, bilirdiki Səlimzadənin evi xüsusi müşahidə altındadır, onlardan hər hansısa birinin Ruslanın evində görülməsi çox böyük bir risk idi. Liftin qapısının açılması ilə Nərminin diksinməsi bir oldu, tam Rüstəm liftə minəcəkkən onu qolundan tutub saxladı. "Liftin içində böyük ehtimal bizimkilərin yerləşdirdiyi kamera var. Həmçinin pilləkanlarada kamera yerləşdirilib. Gəl arxa tərəfdəki yanğın nərdivanından istifadə edək." deyəndə Rüstəm başını yelləməklə kifayətlənsədə içdən içə onun diqqətinə heyran qalmışdı. Əlbəttə bilirdiki qarşısındakı qadın bu ölkənin gələcəyi üçün xüsusi hazırlıq görmüş hərbçidir. Ancaq Rüstəm heç cürə ona qarşı olan heyranlığına mane ola bilmirdi. Bəlkədə heç mane olmaq istəmirdi. Hər ikisi yenidən qapıdan çıxaraq, binanın arxasındakı yanğın anında qaçmaq üçün istifadə olunan dəmir pilləkanlardan düz yeddinci mərtəbəyə qədər qalxdılar. Yeddinci mərtəbəyə çatan kimi Nərmin mənzilin eyvanına tullandı , daha sonra cibindəki xüsusi alətlə eyvanın qapısını açıb, içəri girdi. Rüstəmə isə sadəcə olaraq olanları təəccüblə izləmək qalmışdı. Amma o da özünü itirmədən eyvana daha sonra isə evə daxil olub qapını bağladı. O evə girən kimi Nərmin "Qətiyyən işığı yandırma. Qarşıdakı binadan buranı izləyirlər. Hər hansısa hərəkət ehtimalında buraya xüsusi dəstə göndərəcəklər." deyəndə Rüstəm çaşbaş ifadə ilə "Bəs bizim buraya girdiyimizi görmədilər?" sualını verdi. Nərmin düz onun gözlərinin içinə baxaraq üzündə təhlükənin hər mənasını ifadə edən gülüşlə "Mən də ən az onlar qədər professionalam." dedi. Eşitdiyi sözlər Rüstəmdə gizli həyacan oyandırmışdı qarşısındakı qadının belə qorxmaz, ağıllı, diqqətli olduğunu görmək onu valeh edirdi. Nərmin isə sözünü bitirdikdən sonra Elvinə zəng etmişdi. Elvin bir tərəfdən Kənan və Leyla ilə danışır,digər tərəfdən isə Nərmini yönləndirirdi. Evin hər tərəfini gəzdikdən sonra ikisidə istiqamətini Səlimzadənin yataq otağına yönəltdi. Nərmin içəri girən kimi hər yanı axtarsada diqqətə layiq bir şey tapa bilmirdi. Əlindəki telefonu qulağına apararaq məyus şəkildə "Elvin, bütün evi axtardım ancaq heçnə yoxdu. Kənangil də vəziyyət nə yerdədi?" deyə soruşduğu sırada Rüstəmdə yataqda əyləşdi. Lakin əyləşməyi ilə qəribə bir səsin qulağında cingildəməsi bir oldu. Nərmin "Kənangildə heç bir şey tapa bilməyiblər. Hətta yoldadırlar. Biz də gedək." deyəndə Rüstəm şəhadət barmağı ilə ona susmağı üçün işarə verdi. Yerindən heç durmadan əlini yatağın altına apardı və istədiyini tapanda gülümsəyərək yerindən qalxdı və yatağın altındakı yerdən stol üstü kompüter çıxardı. Nərmin böyük bir təəccüb ilə ona baxırdı. Rüstəm isə üzündəki zəfər ifadəsi ilə "İşinizə yarayacağını düşünürəm, Nərmin xanım." dedi. İkisidə gülüş dolu ifadə ilə bir-birilərinə baxırdılar. Nərmin "Bəli, Rüstəm bəy. İşimizə yarayacaq." dedi və cəld hərəkətlərlə kompüteri Rüstəmdən alıb, işə saldı. Elvinə zəng edərək bayaq Rüstəmin oturduğu yerə oturdu və ona əli ilə yanındakı yeri göstərərək 'otur' işarəsini verdi. İndi hər ikisi yan yana əyləşib kompüterin ekranındakı 'Parolu daxil edin.' bölməsinə baxırdılar. Elvin,Kənan, Leyla nə qədər ehtimallar irəli sürsələr belə heç biri düzgün gəlmirdi. Axırda Rüstəm ayağa qalxaraq otağı arşınlamağa başladı , sonra ani şəkildə Nərminə dönərək şəhadət barmağını ona istiqamətləndirdi, həyacanlı şəkildə "Geriyə iki ehtimal qalır. Biz bu Ruslanın satqın olub olmadığından əmin olmaq istəyirik elə deyil? Onda yoxlayacağımız son iki ehtimal var." dedi. Nərmin anlamaz baxışlarla "Hansı iki ehtimal?" deyəndə Rüstəm əyləşib kompüteri ondan alaraq öz dizlərinin üstünə qoydu və 'Parolu daxil edin.' bölməsinə "08.05.1992" yazdı lakin 'Parol düzgün daxil edilmədi.' yazısıyla qarşılaşdı. Tədirgin baxışlarla Nərminə baxdı daha sonra yenidən 'Parolu daxil edin.' bölməsinə "08.11.2020" yazdı. Bu səfər isə ekranda görünən "XOŞ GƏLMİŞSİNİZ." yazısıyla hər ikisi donub qalmışdı.
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Literatura FemininaSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....