Blokun qarşısındakı qısa görüşdən sonra dördüdə Kənanın evinə çıxdı. Bir tərəfdən Ayna xanım, digər tərəfdən Əşrəf bəy Elvinin heç bir əziyyət çəkmədən dincəlməsi üçün hər şeyi edirdilər. Ayna xanım Elvinin ən sevdiyi yeməkləri və şirniyyatları hazırlayıb, onu öz əlləri ilə yedirtmişdi. Gündəlik dərmanlarınıda verdikdən sonra gəncləri tək başına qoyub, Əşrəf bəylə öz evlərinə getmişdilər. İndi isə beşidə qonaq otağında əyləşib, Elvinə zillənmişdilər. Elvin isə əlindəki keksi iştahla yeməklə məşğul idi. Keksin son dilimini ağzına atdıqdan sonra gözü otaqda ona baxanlara sataşdı. Son tikəsinidə udduqdan sonra ciddiləşərək "Bilirəm, hal hazırda hər şey sizin üçün çox qarışıqdı. Əslində mənim üçündə elədir. Hər nəysə sizə hər şeyi danışacam. Amma xahiş edirəm , hər kəs telefonunu Rüstəmə versin. Rüstəm, xahiş edirəm telefonları o biri otağa apar." dedi. Əgər heç biri Elvinin ciddiləşən üzünü görməsəydi onun dediklərini etməzdilər amma onun hər mimikası vəziyyətin nə dərəcədə çətin olduğunu hayqırırdı sanki. Rüstəm hər kəsin telefonunu digər otağa apardıqdan sonra yenidən otağa daxil olub "Elvin, əgər danışacaqların işinlə, dövlətlə əlaqəlidirsə biz gedək." dedi Leylaya baxaraq. Tam da Leyla ayağa qalxmışdıki "Yox, Rüstəm danışacaqlarımı sizdə bilməlisiniz. Çünki, sizin də yardımınıza ehtiyacım var." deyə onları saxladı Elvin. Eşitdiyi sözlərdən sonra hər ikisidə təəccüb dolu baxışlarla əyləşərək ona baxdılar. Elvin duruşunu dikləşdirərək "Baxın, biz Şuşa əməliyyatında olarkən bir vərəq tapmışdım. Bizi erməni qərargahına aparan maşından tapmışdım o kağızı. Kağızda bir neçə ad və nömrələr qeyd olunmuşdu. Bilirsiniz,erməni dilini bilirəm. Amma məsələ burasındadırki, kağız azərbaycan dilində yazılmışdı. Yazılan adların arasında Polad Həşimovun,İlqar Mirzəyevin,Şükür Həmidovun adları və nömrələri var idi." deyəndə digərləri sadəcə yaşadıqları şokun təsiri altında idi. Emosiyalarına hakim ola bilməyən Kənan yumruğunu sərt şəkildə stola vuranda Leyla və Nərmin qeyri-ixtiyari diksindi. "Bu cür önəmli siyahını necə olurki o maşında saxlayırlar. Anlamıram. Davam elə, Elvin ." Nərminin sözləri ilə Elvin sözünə davam elədi "Kağızda başqa bir çox rütbəli hərbçinin də adı var idi. Məsələ orasındadır ki, kağızda adı olanlardan ikisi heç də xoşunuza gəlməyəcək." Nərmin Elvinin dediklərindən sözün əsl mənasında heç nə anlamamışdı. Vəziyyəti az da olsa aydınlaşdırmaq üçün sözünə davam etmək istəyən Elvini əli ilə dayandıraraq danışmağa başladı "Yəni demək istəyirsənki, bizi erməni qərargahın aparan maşından tapdığın kağızda ölkənin yüksək rütbəli hərbçilərinin adları və nömrələri var? Hansıki onlardan bir çoxu artıq şəhiddir? Yəni tapdığın siyahı ermənilərin müəyyənləşdirdiyi qurbanların siyahısıdır?" Nərminin ard-arda sıraladığı sözlərdən sonra artıq vəziyyət hər kəsə aydın idi. Elvin isə onu sözlərinə sadəcə baş yelləməklə kifayətləndi. Kənan isə əsəbi halda "Bəs o iki ad. Onlar kimdi?" deyəndə Elvin təəssüf dolu baxışlarla ona baxıb "Biri komandirin,digəri isə Səlimzadənin adı idi." dedi. Hər biri eşitdikləri adlarla haldan-hala girirdilər. Nə edəcəklərini,nə hiss edəcəklərini belə bilmirdilər. Elvin isə sanki hadisələr heç də mürəkkəb deyilmiş kimi sözünə davam elədi "Komandirin və Səlimzadənin adlarının olduğu hissə hələ də məndədi. Onu komandirə verməmişəm. Komandirdəki siyahı sadəcə mənim hazırladığım bir nüsxədi. Əsl siyahı isə məndədir." dedi. Kənan "Anlamıram. Əgər Səlimzadə ermənilərə işləyən xaindirsə onda niyə adı o siyahıdadır? Onun axtardığı siyahı bu imiş? Özünü bu siyahıya görəmi gözünü qırpmadan öldürdü? Axı xain idisə bu onsuzda açıq-aşkar ortada idi. Onda nəyin üzə çıxmasından qorxurdu?" deyəndə otaqda ciddi səssizlik hökm sürdü hamı Kənanın dediklərini düşünürdü. Səssizliyi pozan isə Rüstəmin gözünü xalçadan çəkmədən sərf etdiyi "Başqa birini qoruyurdu. Üzə çıxmasını istəmədiyi ya bir xain , ya da başqa biri var. Onun üçün önəmli olan biri..." sözləri oldu......
BÖLÜM HAQQINDAKI FİKİRLƏRİNİZ MARAQLIDIR.💕
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
ChickLitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....