Hətta ən çılğın dənizlərin belə sığınacağı sakit limanı vardı. Səmada azadlığın simvolu kimi qanad açıb uçan quşlar, bizə kimsəsiz gələn, bəzən yemək verdiyimiz küçədəki o ağ-qara pişik də tək deyildi. Hər kəsin bir ailəsi var bu həyatda, hər kəs kiməsə, harasa aiddir, bu ailə təkcə səni dünyaya gətirən valideyn, dost, sevgili deyil. Özünü rahat hiss etdiyin, səni olduğun kimi qəbul edən, səni sən olduğun üçün sevən insanların yanıdır.
Bəs Kənanın ailəsi kim idi? O kimə aid idi?Başını qaldırıb masanın başında əyləşən iddialara görə atası olan şəxsə baxdı. Diqqətlə süzdü onu. Açıqcası üz cizgilərində nəzərə çarpan oxşarlıq var idi. Hər ikisinin yaşıl və qəhvəyinin qarışımı olan qeyri-adi rəngə malik gözləri var idi. Nisbətən geniş alın, çox da uzun olmayan kəmərli burun. Bəli bütün bu keyfiyyətlər onlara ata-oğul olduqlarını deməyə kifayət etməsədə, kənardan istənilən adam bu iki şəxsi qohum adlandıra bilərdi.
Ağlındaki düşüncələri kənara qoyaraq, əllərini birləşdirdi və əllərini çənəsinin altına qoyaraq bütün diqqətini Azərə yönəltdi. Azər də oğlunun hərəkətlərini anlayıb birinci ona çay süzdü, sonra isə sözünə başladı "Mən hələ on altı yaşında olanda atam, yəni sənin baban, məni qarşısına qoyub demişdiki bizim nəslimizin demək olar hamsı şəhiddir. Bu bizim alın yazımızdır. Şahnəzərovlar dünyaya öz canlarını vətən uğrunda qurban etmək üçün gəliblər. Biz onda 4 qardaş idik. Mən ən böyüyü idim ailənin, digər üç qardaşımsa sıra ilə məndən sonra dünyaya gəlmişdilər." danışdıqları ona keçmişi xatırlatmış olacaqki yarım gülümsəmə qondu dodaqlarına, sonra isə ayağa qalxdı və pəncərəyə tərəf yönəldi. Pəncərəni açıb bir müddət hava aldı, üzünü Kənana tutub "Məndən sonra əslində bir bacımda olmuşdu. Amma əmimin 9 ildir övladı olmadığına görə atamla anam bacımı əmimə himayəyə vermişdilər. O hadisədən bir il sonra əmimin də Tahir adlı oğlu oldu. Demək olar beş qardaş bir bacı kimi böyüyürdük, eyni həyətdə oynayırdıq, eyni məktəbə gedirdik. Məktəb bitəndən sonra əsgərlik vaxtı gəldi. O vaxtlar sakitçilik idi cəbhədə. Heç kəs bir-birinə dəyib dolaşmırdı. Əsgərlikdən qayıdandan sonra oxumaq istədim amma alınmadı. Ürəyim hərbi formada qalmışdı deyə geri qayıdıb hərbiyə yazıldım. Hər nə yolla olur olsun bu nəslin daha bir hərbçisi mən olmalı idim. Əgər biri şəhid olacaqdısa bu mən olmalı idim. Bir neçə il keçdi, məni Bakıya göndərdilər məcburi köçkünlərin arasında erməni agentlərlə bağlı məsələləri həll etməli idim, səksən doqquzuncu ilin mart ayı idi. Yadıma gəlir işlərimi bitirəndən sonra dedim bir Əşrəfə baş çəkim. Yaxşı deyil əsgərlik yoldaşı olmuşuq." dedi. Sanki hər şey get-gedə daha da qəlizləşirdi. Amma bir neçə nüans artıq Kənana aydın idi. Əşrəf dayısı ilə atası əsgərlik yoldaşı idilər. Bircə bu Tahir məsələsi ona aydın deyildi. Bu düşüncələri bölən Azərin "Elə o gün ananı gördüm. Küçənin başındaki məktəbdən gəlib mənimlə eyni bloka girdi. O da məni gördü amma tez baxışlarını çəkdi. Sonrada yuxarı mərtəbəyə çıxdı. Əşrəflə görüşəndən sonra ananı araşdırdım. Sən demə müəllimə imiş. Aylarca arxasıyca qaçdım, yalvardım sonra da hə alıb adımıza layiq toy keçirdim. O qədər gözəl və ağıllı idiki, hər hadisədə məntiqli fikir yürüdüb məni bilinməzlikdən xilas edirdi. Sonra sən dünyaya gəldin. Dünyama işıq saçmışdın elə bil. Çiyinlərimdəki yükü azaltmışdın. Səninlə çəkdirdiyimiz şəkil yadında?" sözləri oldu. Sora o cibindən balaca bir şəkil çıxarıb Kənana uzatdı. Şəkildə anası yerdə xalçanın üzərində oturub əllərini iki yana açmışdı, Azərdə oğlunun əlindən tutub onu anasına tərəf aparırdı. Gördüyü mənzərə gözlərinin dolmasına səbəb oldu. Necə də yalnız qalmışdı ötən illərdə. Nolardı atası biraz tez gələrdi yanına. Sonra anidən gözünə şəkildə atasının qolundaki doğum ləkəsi sataşdı. Artıq ona verəcəyi sualları beynində xüsusi sıraya düzmüşdü polkovnik. Azər şəkli ondan alıb yenə döş cibinə qoyaraq davam etdi "O vaxtlar çox çətin idi aləm bir-birinə dəymişdi. Hamı kimi mənidə vəzifə çağırırdı. Yadıma gəlir cəbhədə olanda öyrəndim ki qardaşlarım da, əmimoğlu da cəbhəyə könüllü gəliblər. Mən orda olanda bir erməni generalının qardaşının və iki oğlunun başını kəsmişdim. O da həmin gündən and içmişdiki ailəmdə bir dənə də olsun kişi qoymayacaq. Buna məhəl qoymamışdım amma cəbhədən qayıdanda dünyam başıma yıxılmışdı. Qardaşlarım Şuşada, əmimoğlu Laçında şəhid olmuşdu. Tahirin cəsədini hələ də tapa bilməyiblər. Evə göndərdikləri tabutda ağırlıq olsun deyə daş qoymuşdular. Yazıq Tamella indidə boş məzara göz yaşı tökür." Azərin dediyi sözlərlə Kənanın gözləri dəhşətlə açıldı. "Tamella?" indi bayaqdan bəri beynində cövlan edən o ad sakitliyə qovuşmuşdu. "Bəli oğlum, Tamella sənin bibindi. Amma o bunu bilmir."
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Literatura FemininaSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....