Günlər günləri əvəz etmiş və artıq polkovnik bir həftə ərzində xəstəxananın ən sevimli üzvünə çevrilmişdi. Həm polkovnik olduğuna,həm də müharibədə iştirak etdiyinə görə ona çox dəyər verilirdi. Həkimlər,tibb bacıları hər saniyə başında pərvanə kimi dolansalar da polkovniki bunların heç biri maraqlandırmırdı. Həmişəki kimi soyuqqanlı və qaradinməz halını heçnə poza bilməmişdi. Sadəcə bəzən Tamella xalaya gülümsəyirdi. Səbəbi isə onsuzda qəlbi qırıq bu tənha qadının qəlbini daha çox qırmamaq idi. Onun xaricində heç kəslə danışmır,hər gün onu müayinə edən həkimlərin adını belə bilmirdi. Əslinə qalsa bunlar heç ona maraqlı da deyildi. Daha dünən Xudayarın şəhid olduğunu öyrənmiş və bunun üzərinə çox böyük sarsıntı keçirmişdi. Dünəndən bəri tək bir nöqtəyə gözlərini zilləmiş,nə yemək yemiş, nə də bir kəlmə söz demişdi. Birdən qapının bərk açılması ilə qeyri-ixtiyari diksindi. Qapıya tərəf baxanda sevinci gözlərindən oxunan Tamella xalanı görmüşdü. Tamella heçnə demədən, cəld hərəkətlərlə otağa girmiş, Kənanın indiyə kimi varlığından xəbəri belə olmadığı televizoru yandırmışdı. Kanalların birində İlham Əliyev danışırdı. Diqqətini ani olaraq "Müzəffər Azərbaycan Ordusu Qubadlı şəhərini işğaldan azad etmişdir." cümləsi çəkdi. Düz bir həftə əvvəl Qubadlını azad etmək üçün qurduqları plan gözünün qabağına gəldi. Gülümsəməklə kifayətləndi. Bu belə onun üçün çox gəlirdi. Çox keçmədən Milli Qəhrəman Şükür Həmidovun şəhid olduğunu eşidəndə tam anladı,anladı ki gülmək ona yaddır. Başını qaldırıb otağa göz gəzdirən də Tamella xala çoxdan getmişdi. Ətrafına boylandı. Edəcək heç bir şey olmadığına qənaət gətirən də isə yatmağı seçdi. Gözlərini yummaq istəmədi. Bilirdi gözlərini yumsa birinci Fariz, ikinci Xudayar gəlib duracaq qarşısında. Fariz ilə eyni bölükdə xidmət etmişdi polkovnik. Əsgərlikdən sonra Fariz şəhərə qayıtdı, iş tapıb öz ixtisasının arxasıyca getdi. Kənan isə hərbini seçdi. Əslində o gizli kəşfiyyatçı idi. Heç kəsin bilmədiyi,görmədiyi amma həmişə var olanlardan idi .Kəşfiyyatçı olmağı özü istəməmişdi. Amma iti ağlı,mükəmməl yaddaşı ilə o, bu iş üçün yaradılmışdı. Aprel döyüşləri başlayanda Fariz Bakıdan cəbhəyə gəlmişdi. Könüllü olmuşdu. Kənanın isə bundan heç xəbəri yox idi. Farizin cəsədini təsadüfən görmüş, saatlarca ağlamışdı. O gündən Kənan əvvəlki kimi olmamışdı. Ürəyi buz parçasına dönmüş ətrafında dost deyə biləcəyi kimsə qalmamışdı. Kimsəsizliyə öyrəncəli olduğu üçün bu ona ağır gəlməmişdi və Xudayarla tanış olana qədər əslində mənəvi cəhətdən tənha olduğunu anlamamışdı. Cəbrayıl əməliyyatında tanış olmuşdu Xudu ilə. Daha doğrusu səsini ilk o vaxt eşitmişdi. Döyüşdən bir gecə əvvəl qaranlıqda tək tənha oturub oxuyurdu.Sözün doğrusu polkovnikdə bilirdi o maşından heç kəsin sağ çıxa bilməyəcəyini. Amma işlər heç düşündüyü kimi olmamışdı 4 nəfərdən bir tək o sağ qalmışdı. Özüdə cəmi bir neçə qırıq və tikiş ilə yaxasını qutarmışdı. Heç inana bilmirdi. Hansı möcüzə ona üz vermişdi? Düşüncələrini telefonun səsi böldü.Ekranda yazılmış ada baxanda anladı. Vəzifə onu çağırırdı."Salam ,cənab general." dedi qalın səsi ilə. "Salam,Kənan,salam." qarşısındakı adamın qeyri-rəsmi səsi ilə gərginliyini biraz da olsa azalda bilmişdi."Biraz əvvəl maraqlandım,həyatın üçün riskli heç bir nüans yoxdu. 3 gün dincəl. Məndən xəbər gözlə." general səsini hər nə qədər sakit saxlamağa çalışırdısa da həyəcan və gərginlik aydın şəkildə sezilirdi."Məndən xəbər gözlə." dedi "Səninlə əlaqə saxlayacayıq. Bu dəfə işin çətindi. Özüdə çox çətin.Telefonu məhv elə. Həmişəki kimi, çalış sənə heç bir elektron əşyadan çatmaq mümkün olmasın. Palatana girənlər hər gün yoxlanır." dərin səssizliyin ardından "Uğur olsun." dedi və telefonu söndürdü. Kənanın səssizliyini anlamışdı general. Bu mən hazıram,tapşırığımın nə olacağını düşünürəm demək idi onun dilində. General onsuzda bilirdiki Kənan tapşırığı qəbul edəcək. Həm onların işində tapşırığı qəbul etməmək kimi bir seçim yox idi. Kənan ağır-ağır yerindən durub əlindəki telefonun sim-kardını çıxardı. Geriyə qalan əlindəki telefonu məhv etmək idi. Telefonu var gücü ilə qarşıdakı divara çırpdı. Soyuqqanlılıqla əlində qalan sim-kardı həmişə üstündə daşıdığı köhnə model Nokia telefonuna yerləşdirdi. İndi yata bilərdi....
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
ChickLitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....