•26•

19 4 2
                                    

Bəzi insanlar həyatın teatr səhnəsinə bənzədiyini müdafiə edirlər. Əgər həqiqətən belədirsə, əgər həqiqətəndə həyatımız bir teatr tamaşasından ibarətdirsə onda bizim tamaşaçılarımız kimdir? Əgər biz bu tamaşanın baş obrazı, həyatımızdaki digər şəxslər isə ikinci dərəcəli obrazlardırsa,bəs suflorumuz? Bizə bəzən baş obraz olmağımıza baxmayaraq tamaşanın gedişatında həm özümüzü, həm də sözlərimizi unutsaq bütün bunları bizə kim xatırladacaq? Keçmişimizmi? Vicdanımızmı? Ağlımızmı? Duyğularımızmı?
Bütün bu düşüncələr Kənanı dəli edirdi, çünki o bu dəqiqə özünü öz həyat tamaşasının izləyicisi kimi təsəvvür edirdi. Demək olarki öz həyatından xəbəri yox idi, sanki bütün iplər əlindən bir-bir sürüşüb getmişdi.

Qarşısında dayanan iri cüssəli adamın dedikləri beynində əks-səda verirdi. Qaranlıq otaqda sadəcə stolu aydınlatan dairəvi lampa sanki Kənanın başına fırlanırdı. Gözləri bulanıqlaşmışdı, ətrafı görməkdə çətinlik çəkir, səslər uğultu misalı beynində əks-səda yaradır və bədənini idarə edə bilmirdi. Tam huşunu itirən anda çevik hərəkətlərlə onu tutan bir cüt qolda gördüyü doğum ləkəsi beyninə qazındı.

Gözlərini açanda harada olduğunu anlamaq üçün ətrafa boylandı. Nə görmək istədiyini özüdə tam olaraq bilmirdi amma rahat çarpayı ilə qarşılaşmağı gözləmədiyi açıq idi. Diqqətli şəkildə qalın ədyalı üzərindən çəkdi, ona tamamilə yad olan bu evdə onu nə qarşılayacaqdı bilmirdi və buna görədə əlini ustaca silahına atdı. Əli boşluqda qalanda ani şəkildə ətrafına baxmağa başladı, səbirsizcə silahını axtarırdı. "Silahını axtarırsansa gödəkçənlə birlikdə o biri otaqdadır." deyilən sözlərlə başını sola çevirdi polkovnik. "Bu nə həngamədir belə? Nəyin içinə düşmüşəm mən?" beyni o qədər bulanıq idiki necə sual vermək bir kənara sual verməyə hardan başlamalı idi bilmirdi. Azər ona doğru bir neçə addım ataraq "Hər şeyi başa salacam, amma gəl ən azından səhər yeməyi yeyək." deyəndə Kənanın qaşları çatıldı. Başa düşmürdü, axı bu insan bir neçə saat əvvəl həyatına girərək necə bir anda hər şeyi qarışdırmağı bacarmışdı? İndidə ona səhər yeməyi təklif edirdi. Suallar artıq onu sıxmağa başlamışdı. Başının içində sanki hər şey yer dəyişdirmişdi. Həyatının gedişatına ayaq uydura bilmirdi, özü özünə yad gəlir, nəfəsi daralır, ürəyinin döyüntüsü şiddətlə artır və bütün bunlardan qurtulmaq üçün dərindən bir neçə dəfə nəfəs alsa belə, elə bil ciyərlərinə hava çatmırdı. Əli ilə əynindəki köynəyin yaxasını genişləndirdi, sanki mümkünmüş kimi biraz da dərindən nəfəs almağa başlayanda Azər sakit addımlarla ona yaxınlaşdı "Başa düşürəm, sənə çox ağır gəlir bunlar amma bütün suallarının cavabı məndədi." deyə-deyə Kənanı qucaqladı, oğlunun başını sinəsinə sıxaraq, saçını sığallamağa başladı. "İndi mənimlə bir yerdə ona qədər sayacağıq." deyəndə bir əli ilədə Kənanın kürəyinə ona burda olduğunu bildirirmişcəsinə ritmik hərəkətlərlə yavaş-yavaş vurmağa başladı. Kənan qulağında ürəyinin döyüntü səsi ilə ehmalca başını yuxarı-aşağı yellədi. Azər "Sakit ol oğlum, mən burdayam, bir  .....  iki ..... üç  .... dörd." bütün bu sözlər polkovnikin qulağına sakit  bir melodiya kimi gəlirdi o da gözlərini yumaraq saymağa davam etdi " Yeddi ..... səkkiz ....... doqquz   .....  on." Gözlərini açanda artıq ürəyi normal tempdə atmağa başlamışdı amma bayaqki krizin yorğunluğunu dərindən hiss edirdi. Onu sarmalayan qollardan çıxanda "Mənə hər şeyi danış, hər şeyi bilmək istəyirəm." deyə bildi sadəcə.

Azər isə oğluna qayğı dolu gözlərlə baxaraq başını yellədi. Oğlu heç dəyişməmişdi, belə tutmalar onda uşaqlıqdan bəri olurdu. Kənanı sakitləşdirməyin yolunu bircə o bilirdi indidə buna bir daha əmin olmuşdu. Həkimlərin dediyinə görə Kənan da heç bir fiziki problem yox idi amma bədəni ağır stress altında belə reaksiya verirdi. Hər kəz stressə müxtəlif cür cavab reaksiyası verirdi. Bu da polkovnikə məxsus bir əks-təsir idi.
İkili mətbəxə keçəndə Kənan qeyri-ixtiyari masaya göz gəzdirdi. Gördüklərinə inana bilməmişdi. Çünki hər şey sırf onun istədiyi kimi idi. "Uşaqlıqdan bəri lavaşı sevirsən, səhər yeməklərində lavaş olmasa ac qalırsan, hər gün evə gedəndə eyni marketin qarşısında dayanıb yuxa satan yaşlı qadından yuxa alırsan, bəzən bildirmədən pulunu biraz da çox verirsənki xəstə nəvəsinə bir tikə çörək apara bilsin." eşitdikləri polkovnikin üzünü təəccübün demək olar hər rənginə boyamışdı. Artıq dözə bilməyən Kənan "Bəlkə artıq hər şeyi danışasan?" deyəndə Azərin gülümsəməsi biraz da üzünə yayıldı. Oğlu necə də ona bənzəyirdi.

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin