1 həftə sonra...
"Elvin, sən necə olur ki, bütün bunları bizdən gizlətmisən? Axı ən azından bizdən kömək istəyə bilərdin. Ən azından indi bu xəstəxana palatasında olmazdın." Nərminin sərf etdiyi sözlər Elvinin demək olarki vecinə belə deyildi. Çünki tək fikri onunla maraqlanan tibb bacısı gələnə qədər Nərmin və Kənanın gətirdiyi eklerləri yemək idi. Qapının açılma səsi gələn kimi Elvin əlindəki ekleri Kənanın ağzına tıxdı. Nə Nərmin, nə də Kənan onun hərəkətinə bir məna verə bilməmişdilər. İçəri girən tibb bacısı ekler qutusunu görən kimi qaşlarını çataraq "Elvin bəy, axı sizə demişdik , bir müddət ağır qidalardan uzaq durmalısınız." deyəndə Elvin də "Yox,yox, Nərgiz xanım,narahat olmayın qətiyyən ekler yeməmişəm. Hamısını dostum Kənan yeyib." dedi. Elvinin sözlərindən sonra Kənan təəccüblə Nərminə baxdı, Nərmin isə bezmiş halda əlini alnına vuranda tibb bacısı artıq çoxdan otaqdan çıxmışdı. Nərmin əsəbi halda "Elvin, sən mənim sözlərimə niyəq qulaq asmırsan axı? Bütün olanları bizə nə zaman danışacaqdın? Səlimzadə özünü öldürdü, kağız məsələsi bir tərəfdən, sənin bu halın bir yandan. Komandirdə bir şey demir axı nə məsələdi bu?" soruşanda Elvin artıq hər şeyi danışmalı olduğunu anlamışdı. Yorğun gözlərlə hər ikisinə baxaraq "Yaxşı. Söz verirəm, hər şeyi danışacam. Amma bura yeri deyil." dedi. Kənan bir tərəfdən Elvinin köynəyini geyinməyinə kömək edə-edə "Bugündən etibarən sağalana qədər mənim evimdə qalacaqsan.Ayna xala,Əşrəf dayı, Rüstəm hər dəqiqə səni soruşur. Səninlə maraqlanırlar. Ona görədə onların gözünün qabağında sağalmasan nə səndən əl çəkəcəklər nədə məndən." deyəndə Elvin sadəcə başını yelləməklə kifayətlənmişdi. Çünki, Kənanın danışdıqlarından tanıdığı qədər bilirdi ki, Ayna xanım heç vaxt Elvini evində tək qalmağa qoymazdı. Kənan Elvinə kömək edə-edə Nərmin də onun xəstəxanadakı paltarlarını yığmaqla məşğul idi. Xəstəxanadan çıxıb evə getmək üçün Kənanın maşınına əyləşdilər. Təxminən on beş dəqiqənin ardından Kənan maşını artıq hər üçü üçün doğma olan blokun qarşısında saxladı. Kənan maşından cəld hərəkətlərlə enib Elvinə maşından düşmək üçün kömək edəndə, Nərmin də hardan gəldiyini bilmədiyi Rüstəmin açdığı qapıdan enmişdi. Elvin Rüstəmi görər-görməz əl salamı verdi, daha sonra qucaqladı. "Çox sağol, həm Nərmini tək qoymadın,həm də məni xəstəxanaya çatdırdın." deyəndə Rüstəm sadəcə "Borcumdu." dedi.
Bu sadəcə uzun müddətdən sonra yazdığım bir qısa bölüm idi. Əvvəlki kimi uzun və həyacan dolu bölümlər yazacağımdan əmin ola bilərsiniz💕.
![](https://img.wattpad.com/cover/267816760-288-k190648.jpg)
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
ChickLitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....