•17•

55 11 5
                                    

Sadəcə bir kəlimənin belə insan həyatı üçün nə qədər önəmli olduğunu düşünmüsünüz heç? Bəzən böyük hədiyyələri,əvəzolunmaz yaxşılıqları və yaxud da pislikləri bircə kəlimə ilə əvəz etmək olur. Tək tələb olunan isə düzgün sözü seçməkdir. Bəzən isə insan düşdüyü vəziyyətdən asılı olaraq həmin an nəinki hər hansısa bir sözü seçmək, hətta nə hiss edəcəyini belə bilmir. Polkovnikdə hal hazırda nə hiss edəcəyini bilmirdi amma qaragözlüsünə təskinlik verəcək sözü də seçməli idi. O gün çaylarını içdikdən son ra söhbətə başlamışdılar və söhbətlərinin ən maraqlı yerində hər üçünə eyni anda mesaj gəlmişdi. Elvin mesaj göndərənin İP ünvanını axtaranda isə ekranda Kənanın evinin ünvanı çıxmışdı. Bu dəqiqlik yalnız komandirin işidir deyə düşünmüşdü hər üçü. Bu,komandirin siz hardasınızsa mən yəni, vəzifənizdə ordadır demək üsulu idi. Elə o an daha bir mesaj gəldi. Bu mesaj isə geri sayım idi, yeni tapşırıqlarının yerini öyrənmək üçün cəmi iki saat vaxtları var idi. Mesajı görən kimi hər üçü xüsusi cəldliklə üstlərindəki silahları sazlayıb,qapıya tərəf yönəldilər. Tam çıxacaqkən Kanan ayaq saxladı və arxasını döndü. Leylası ona dolu gözlərlə baxırdı. Bir qədər gözlərində fikrə getdikdən sonra "Söz verirəm,qayıdacağam. Özünə yaxşı bax." dedi. Rüstəmə isə baş salamı verib evin açarını boynundan çıxarıb onun ovcuna qoydu və arxasına belə baxmadan pilləkanlardan düşdü. Hər üçü Elvinin maşınına əyləşdi,daha sonra Elvin komandirin onlara göndərdiyi koordinatı naviqatora daxil etdi.
Bütün yol səssizlik içində keçmişdi. Nə danışacaqlarını,nədən danışacaqlarını belə bilmirdilər. Artıq hava qaralmışdı və Elvin maşını düz naviqatora daxil etdiyi koordinatda saxlamışdı. Bura şəhərdən uzaqda ağaclı bir yer idi. Hər yerdə uzun,yaşıl şam ağacları var idi və ətrafı cırcıramaların səsi bürümüşdü. Qaranlıq isə hər yeri ağuşuna almışdı. İndi üçüdə eyni düşünüb,eyni hərəkət etməli idi. Nərmin əlindəki fənəri yandırıb "Gəlin bu istiqamətdən gedək burda cığır var,bəlkə nəsə tapdıq." dedi əli ilə sağ tərəfi göstərərək. Elvin və Kənan isə səs çıxarmadan bir əllərində silah, digərində fənər Nərminin ətrafında sağa doğru irəlilədilər. Təxminən on və ya on beş dəqiqəlik axtarışdan sonra kiçik tala kimi bir yerə gəlib çıxdılar. Tala beş böyük şam ağacı ilə əhatələnmişdi. Diqqətlə ətrafa göz gəzdirdikdən sonra Kənan Elvinə talanın ortasını işarə elədi. Elvində başı ilə onunla razılaşdığını ifadə elədi. Nərmin məsələnin nə yerdə olduğunu anladıqdan sonra Kənana başı ilə "axtar" əmrini verdi. Polkovnikdə buna bənd imişki elə o saniyə talanın ortasına gəldi və əyilib yeri əli ilə qazmağa başladı. Elə əlini atan kimi qara bir kağızla qarşılaşdı. Kağızda:

"Məcnunun dilində əzbərdi Leyli,
Başqa heç bir sözə düşməzdi meyli" yazılmışdı.

Kənan misraları yüksək səslə oxudu. Nərmin hələ Kənan misranı bitirməmiş " 'Leyli və Məcnun' poemasındandır. Amma hansı müəllifdəndir? Fizuli yoxsa Nizami Gəncəvi?" dedi. Hər üçü bir-birinə baxırdı. Daha sonra Elvin diqqətlə ətrafını süzüb gözlərini yumdu. Bu onun özünə məxsus düşünmə tərzi idi. Bir neçə saniyə keçməmiş, Elvin gözlərini açdı və "Nizami Gəncəvidəndir." dedi. Kənan "Hardan bildin?" deyə soruşanda Elvin əli ilə ağacları göstərib "Diqqətli baxın, ətrafımızda sadəcə beş ağac var yəni,Xəmsə. Kağızı burdan tapmağımız təsadüf deyil, Xəmsə Nizami Gəncəvinindir. Deməli görüş yeridə Nizamiyə aid bir yer olmalıdır." dedi sakitcə. "Axı bu ölkədə bəlkədə yüzlərlə Nizami heykəli ya da küçəsi var hara olacaqki?"deyə öz düşüncəsini dilə gətirdi Nərmin. "Haqlısan amma metrodan sadəcə bir dənədir." dedi Kənan. Elə o an hər üçünün telefonuna yenidən mesaj gəldi. Bu dəfəki mesajda:

Afərin,düz yoldasınız. Görüş yerinə çatmaq üçün sadəcə 20 dəqiqəniz var.
yazılmışdı.
Bayaq bir saata gəldikləri yolu indi iyirmi dəqiqəyə qayıtmalı idilər. Sükana Nərmin əyləşdi və böyük sürətlə şəhərə doğru irəliləməyə başladı. İndi hər üçü tapşırığın nə olduğunu düşünürdü. "Müharibə bitib,bəyanat imzalanıb. Görəsən nə tapşırığıdı bu?" dedi Elvin. Kənan isə arxa oturacaqdan əlini Elvinin çiyninə qoyub sıxdı. "Bəlkədə müharibə ilə bağlı olmasa belə ən az bu məsələ qədər ciddi bir mövzudu." dedi. Nərmin sakitcə "Yadına sal ,Elvin, Şuşa əməliyyatı üçün çağrılanda rəis demək olar ən köhnə üsullara əl atmışdı. Bu isə hansısa xainin ola biləcəyindən xəbər verir." desə belə ürəyində belə bir şeyin olmaması üçün dua edirdi. Yetəri qədər xainlə üzləşmişdi amma artıq bu barədə emosiyalarına hakim ola bilmirdi. Elvin "Haqlısınız. Mənim də ağlıma o gəldi amma yaxşı tərəfindən baxmağa çalışdım. Bu Vətənə xəyanət edənlərlə eyni yerdə işləmək,həmkar olduğunu bilmək bəzən mənə yorucu gəlir" dedi. Elvinin sözlərindən sonra yenidən səssizlik hökm sürürdü,vaxt azaldıqca Nərmin sürətini birazda artırırdı. Bir dəqiqə keçməmiş maşını saxladı və "Çatdıq." dedi. Saat artıq gecəyarısına yaxınlaşırdı və bu vaxt metroda heçkəs olmurdu. Metroya girib,biraz irəlilədikdən sonra onlar üçün açıq buraxılmış qapıdan içəri girdilər. Elvin qapını örtdükdən sonra, üçüdə dar və qaranlıq tuneldən irəliləməyə başladı. Bu dəfə qarşılarına başqa bir qapı çıxdı və əvvəlcə Nərmin daha sonra Elvin və Kənan qapının yanındakı xüsusi qurğuya baş barmaqlarını qoydular. Qapı qəflətən açıldı,içəri keçib onlar üçün ayrılmış stulda əyləşdilər. Çox keçməmiş komandirlərinin "Əslində sizi sadə zənglə qərargaha çağıra bilərdim amma işlər biraz qarışıqdır. Həm də sizi belə yoxlamaq çox xoşuma gəlir." səsini eşitdilər. "Gələn dəfəki tapmaca Əliağa Vahiddən olsun,komandir." dedi Elvin. Komandir isə gülərək "Gələn dəfəki tapmaca musiqili olacaq, Mirzəyev." deyə cavabladı. Dördüdə bir neçə saniyəlik gülsədə,komandirin üzü birdən ciddiləşdi. Sözü çox uzatmadan birbaşa məsələyə keçdi "Bu dəfəki tapşırığınız da ən az keçən dəfəki kimi çətindir. Aramızda xain var uşaqlar. Gəncədəki,Tərtərdəki və Bərdədəki terror aktlarında barmağı olduğu güman edilir." Əli ilə böyük ekrandaki şəkli göstərib "Səlimzadə Ruslan. Bir çox itkimizin və terror aktlarının səbabkarı. Siz isə,uşaqlar, onu tapıb,sağlam şəkildə dövlətə təslim edəcəksiniz. Ehtiyatlı olun. Emosiyalarınıza hakim olmağı bacarın. Səlimzadə yüksək rütbəli hərbçidir. Onu mən yetişdirmişəm və çox yaxşı tanıyıram. Sizi manipulyasiya etməyinə icazə verməyin." dedikdən sonra iki əlini masanın üstünə qoyaraq bədənini biraz qabağa doğru əydi və "Ehtiyatlı olun. Bu tapşırığın öhdəsindən gələciyinizi bilirəm. Uğur ola." deyib otaqdan çıxdı. Bu dəfə onlara vaxt verməmişdi. Eyni zamanda heç birinin Səlimzadə haqqında məlumatı yox idi. Heç biri bu tapşırığı necə yerinə yetirəcəklərini bilmirdilər...

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin