Zaman hər şeyə dərmandırmı? Unutdururmu ən gizlin əzabları? Silə bilirmi heç bir kəsin görmədiyi lakin hər kəsin bilməyini istədiyimiz yara izlərimizi? Dərmanı bir xoş söz olan dərdimizi zaman sağaldarmı yoxsa zaman sadəcə bizi yeni sınaqlaramı hazırlayır? Yaşadığımız ən ağır itkidən, ən çətin problemlərdən sonra da gülə bilməkdədirmi həyatın qəribəliyi? Yoxsa Əylənərək o anı yaşadığımızı unutmaqdırmı?
Lakin Kənan belə düşünmürdü. Şəhidlər Xiyabanın düz qarşısında dayanaraq iç dünyasında tüğyan edən fikirlərlə mübarizə aparırdı. Nə Xiyabana daxil ola bilirdi, nə də geriyə qayıda bilirdi. Hər saniyə ağlına burada neçə-neçə həyatın basdırıldığını düşünəndə cüssəli bədəni sanki bu həqiqətin altında əzilib yoxa çıxırdı. "Niyə mən də burda deyiləm?" dedi dilinin altında. Əgər öz iradəsiylə hərəkət etməli olsa idi onda bir saniyə belə düşünmədən geri qayıdardı. Amma halhazırda o vəzifə başında idi və ona verilən tapşırığı yerinə yetirməli idi. Cəmi bir neçə saat əvvəl Rüstəm və Nərmin Səlimzadənin kompyuterinin şifrəsini tapmışdı. Elə şifrənin özü Ruslanın xain olmadığını sübut etməyə bəs edirdi. Lakin onlara bundan daha çoxu lazım idi. Nərmin kompyuterdə biraz qurdalandıqdan sonra xüsusi faylda bir neçə təhlükəsizlik kamerası görüntüsü ilə qarşılaşmışdı. Görüntülərdə isə Səlimzadə mülki vətəndaş kimi Şəhidlər xiyabanına gəlir, qəbirləri bir-bir ziyarət edirdi. İlk baxışdan nəzərə çarpacaq bir şey olmasa da, bir neçə dəfə diqqətli izlədikdən sonra Elvin Səlimzadənin üçüncü, on üçüncü və iyirmi üçüncü qəbirlərin qarşısında bir müddət gözlədiyinin fərqinə varmışdı. Səlimzadə qəbirləri asta addımlarla ziyarət etdikdən sonra məhz o məzarların qarşısında bir neçə saniyə yubanır və geri qayıdırdı. Onun kompüterindəki görüntülərdən sonra Rüstəm və Nərmin yaxınlıqda yerləşən bütün təhlükəsizlik kameralarını araşdırsalar da məhz həmin tarixlər də Ruslanın görüntüləri yox idi. Bu o deməkdir ki, Səlimzadə görünmək istəmir və görüntüləridə buna görə sildiribmiş. Əgər elədirsə bu onun xüsusi bir tapşırıqda olduğunu göstərirdi? Bəs niyə görünmək istəməyən biri ona aid videoları kompüterində saxlayır? Suallar sanki onu bir burulğana salmış və öz axarı ilə bilinməzliyə aparırdı.
" Ana, tez ol, tez gəl. Atama aldığım ilk qiymətimi göstərməliyəm." eşitdiyi bu səs sanki onu yuxudan ayıltdı. Ətrafına baxdıqda isə məktəb formasındakı balaca bir oğlan uşağının həyacanlı səsi marağına səbəb olmuşdu. Uşaq anasının qolundan tutaraq onu xiyabana tərəf aparır, bir tərəfdən də tələsməsi üçün dil tökürdü. Anası isə uşağın əksinə hüzün dolu gözlərlə oğluna baxır, sanki tərpənməz bir dağ olub yerindəcə dayanmışdı. Kənan isə qeyri-ixtiyari balaca uşağa yaxınlaşdı və dizlərini bükərək onunla eyni göz səviyyəsində olmağa səy göstərdi. " Adım Kənandır,cavan oğlan, de görüm hara belə?" dedi guya heç bir şeydən xəbəri yoxmuşcasına. Uşaq qətiyyət və üzündəki qürur hissi ilə "Salam, dayı. Adım Mübarizdir. Atamın yanına gedirəm, anamgil deyir ki,o şəhiddir. Ona görə bura gəlmişəm." deyən də Kənanın ürəyi dağa dönürdü sanki. Atasızlığın nə demək olduğunu çox yaxşı bilirdi, lakin qarşısındakı balaca uşağın bu qədər güclü olduğunu görəndə az da olsa özünə təsəlli verə bilirdi. "Aha, deməli Mübariz. Çox gözəl adın var. Maşallah." deyə söhbətə başladı. "Bəli, Kənan dayı, atam həmişə deyirdi ki, sənin adın çox dəyərlidi, onun qiymətini bil, həmişə başın dik olsun." balaca uşağın dediyi sözlər Kənanın qəlbinin ən dərin qatlarına işləyirdi. Qarşısındakı oğulu böyüdən təkcə şəhidliklə yox eyni zamanda vicdanı, namusu və qeyrəti ilə də bu Vətənin qəhrəmanı imiş. Mübariz əli ilə onunla sağollaşaraq, anasının əlindən tutdu və xiyabana girdi. Çox vaxt itirmədən o da xiyabana girdi. Əvvəlcə bütün şəhidlərin ruhuna 'Fatehə' oxuduqdan sonra Səlimzadənin gəzdiyi istiqamətdə gəzərək üçüncü,on üçüncü və iyirmi üçüncü qəbirləri nəzərdən keçirdi.
Əvvəlcə hər kəsi salamlayıram. Uzun müddətdir yeni bölüm yazmamışdım və açığı bugün bu səssizliyə son verdiyim üçün özümü çox xoşbəxt hiss edirəm. Oxucuların sayı artıbmı, azalıbmı deyə bilmərəm amma hər birinizə minnətdaram.♥️
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Chick-LitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....