Lazım olan xəritə və məlumatları əldə etmək üçün vaxtları məhdud idi. Diqqətli olmalı və heç bir səhvə yol verməməli idilər. Getdikləri yerdə nə ilə qarşılaşacaqlarını az-çox bildiklərindən emosialarına,hislərinə sahib çıxmalı olduqlarından xəbərdarıydılar.
"Üstünüzə yerləşdirilən çiplərdən harada olduğunuzu rahat müəyyən etmək olacaq. Amma çox gümankı orada bütün siqnalları yox edən radarlar olacaq. Buna görə sizə xüsusi saatlar veriləcək və bu saatlar vasitəsilə bir-birinizlə əlaqə saxlaya biləcək və koordinatlarınızı bizə göndərə biləcəksiniz."deyə-deyə əli ilə stolun üstündəki qovluğu göstərdi və "Buradakı saxta xəritələri alacağınız xəritələrin yerinə qoymalısınız." dedi komandir.
Bütün tapşırıq tamamilə aydın idi. Onların üstündə çox böyük məsuliyyət var idi və vaxtları məhdud idi. Vaxt itirmədən üçüdə kilsədən çıxdı,onlar üçün ayrılmış maşına minərək Rusiya sərhədinə doğru irəlilədilər.Maşında səssizlik hökm sürürdü. Heç biri də bu səssizliyi pozmaq üçün addım atmırdı. Səssizlik dolu bir neçə saatın ardından təyin olunmuş nöqtəyə çatdılar. Orada isə başqa maşına minərək on beş dəqiqə ərzində onlar üçün ayrılmış təyyarəyə mindilər. Bura qədər hər şey çox asanlıqla həll olmuşdu amma onları da narahat edən elə bu idi. Dövlət öz üstünə düşən işi mükəmməl şəkildə həll etmişdi və bundan sonrası üç nəfərin əlində idi. Həmin o üç nəfər isə tapşırıqlarında heç bir problem istəmirdilər. Çünki bir nəfərin ən xırda səhvinin belə nələrə yol açacağını yaxşı bilirdilər. Qalan iki saatlarını planı təkrarlamaqla keçirdilər.
......Təyyarə düz iki saatdan sonra yerə yəni, Xankəndinə enəndə artıq əməliyyat başlamışdı. Hava limanında onları balacaboy,keçəl bir kişi qarşıladı. Heçnə demədən qara rəngli dördgözün qabağında dayandı və Elvin üçün qabaq oturacağın qapısını açdı,Elvin heç nəyə fikir vermədən maşında əyləşdi ardıyca isə Nərmin və Kənanda əyləşəndə maşın artıq yola qoyulmuşdu. Gecə yarısı olsa da hər üçü pəncərədən diqqətlə yolu izləyir və görə bildikləri qədərini hafizələrinə qazıyırdılar. Maşın birdən-birə əyri-üyrü yola girən də Kənan hər ehtimala qarşı əlini gizlincə silahına atdı. Hər an hər şey ola bilərdi və Kənan bu ehtimalların reallaşmaması üçün əindən gələn hər şeyi etməliydi. Nərminin də yerin də narahat olduğunu anlayan da "Hələ çox var?" deyə soruşdu Kənan. Sürücü cavab verməyəndə Nərmin Kənana işarə verdi. "Maşını saxla, bacım özünü narahat hiss edir." deyən kimi sürücü maşını saxladı. Nərmin maşından enən kimi Kənan da endi. Səssizcə polkovnikə "Qabağımda dayan görməsin." dedi. Polkovnik Nərminin qarşısında dayanıb guya yaxşı olub-olmadığı ilə maraqlananda Nərmin saatı aktivləşdirdi. Nərmindən dərhal sonra Kənan da saatını aktivləşdirdi. Yenidən maşına əyləşib gedəcəkləri yerə qədər yolu izləməyə başladılar. Elvin isə maşını qurdalayırdı gah pəncərəni açıb-bağlayır, gah da oturacağın pozisiyasını dəyişirdi. Birdən əlini günəşliyə atanda bir iki kağız düz qucağına düşdü "Nə eliyirsən? Əlin-ayağın dinc durmur deyəsən?" sürücünün qəzəbi üçünün də diqqətini çəkmişdi. Bir iki kağız üçün bu qədər əsəbləşmək ağlabatan deyildi. Elvin cəld hərəkətlə əlini sürücünü boynuna atıb,sıxdı "Deyəsən unutmusanki niyə burdayıq. Cəbhədən siçan kimi qaçıb gizlənən də sən,gəlib burda mənə xoruzdanan da sən? Küçük.Maşınıvı sür." Sürücünün rəngi ağarmışdı və gözünü yoldan çəkmirdi. Elvin sürücünün ona baxmadığından tam əmin olan kimi kağızları gizlincə dəri gödəkçəsinin içində gizlətdi.Sonra yenə radionu və pəncərəni qurdalamağa başladı. Nərmin isə gözünü yoldan çəkmirdi, keçdikləri hər yolu saniyə-saniyə yaddaşına həkk edirdi. Bir neçə dəqiqənin ardından maşın dayandı və sürücü endi. Elvində qapını açıb enəndə iki nəfər hərbi geyimli şəxs ona yaxınlaşdı. Ağzındakı saqqızı daha bərk çeynəyə-çeynəyə həmin əsgərlərə doğru gedib birinin çiyninə qəsdən toxunaraq itələdi və vecsiz hərəkətləri ilə sürücünün arxasıyca getdi. Kənan və Nərmin isə onun işarəsini gözləyirdi. Çox keçmədən Elvin qayıdıb maşına əyləşdi. "İçəridə guya pul məsələsini həll eləyirdilər. İki milyon təklif elədilər. Razı olmadım. 10 milyon istədiyimi deyəndə isə onlar razı olmadılar. Ona görə də bura gəldim guya dedimki bizi necə gətirmisinizsə elə də aparın hava limanına." deyə izah elədi hər şeyi. Zarafatyana "10 milyon? Rubl yoxsa?.." deyəndə isə gülərək "Yəni o qədər sadəlövhəmki rubl istəyim? Onları inandırmaq məcburiyyətində idim." dedi Elvin Kənana cavab olaraq. Elə bir neçə saniyə keçməmiş maşına başqa biri yaxınlaşaraq qapını açdı və əyilərək Elvinə baxıb "Yaxşı biz razıyıq. Təki Şuşiyə yaxın durmasınlar." dedi. Elə onda üçüdə maşından endi. Səngər kimi qazılmış tunelin içərisinə doğru irəliləyib bir otağa keçdilər. Sarı lampalarla çox az işıqlandırılmış otaqdan içki və siqaret iyi gəlirdi. Hər yer erməni dilində yazılmış xəritələrlə dolu idi. Nərmin vaxt itirmədən cibindəki telefonla bir çoxunun şəklini çəkdi.Addım və danışıq səsləri eşidən kimi telefonunu gizlətdi. İçəri Araik girəndə aydın idiki üçüdə bunu gözləmirdi. Araik "Xoş gəlmisən, Mikanov can." deyərək Elvinin üstünə gəlirdiki Elvin əli ilə onu saxladı "Nə istəyirsinizsə tez deyin. Hücum ya müdafiə?" deyərək təklifini irəli sürdü. Araik yalandan ağlamağa başlayaraq bir yandan Elvinə təşəkkür edir bir yandan isə necə köməyə ehtiyacı olduqlarından danışırdı."Uzatmaq fikrindəsən? Yoxsa mətləbə keçəcəksən? Nə istəyirsiniz?" deyən də isə artıq Elvin onların planını öyrənmək istəyirdi. Araik gözünün yaşını silərək "Müdafiə. Sadəcə müdafiə istəyirik. Türklər artıq Şuşiyə çatıb,qaçacaq yerimiz qalmayıb. Onlar Şuşinidə tutsalar gərək Kəlbəcəri və Laçını da verək. Şuşinin çoxlu gizli yolu var. O yolları heç kəs bilmir ona görə də ən azından rahatıq. Bizə hücum eləsələr o yollardan istifadə edib təhlükənin qarşısını ala bilərik."dedi. Elvin vaxt itirmədən sözünə başladı hər tərəfli Araiki əlinə almalı idi "Mənim adamlarım artıq burdadı. Sən mənə o Şuşinin gizli yollarını de mən də adamlarımı orada yerləşdirim. Türklərin o yollardan xəbərinin olmadığını hardan bilirsən? Onlar burda 1992-ci ilə qədər yaşayıblar. Əlbəttəki həmin yolları xatırlayan bir-iki nəfər çıxar." deyəndə Araikin gözündə yanmış ümid işığıda söndü getdi. Kənan da Araikin qarşısına keçib "Bizdən istədiyini eləyirik sən də bizim səndən istədiklərimizi elə. Bu dəqiqə Şuşidə neçə adamın var? Sənə nə qədər kömək lazımdı?" deyə soruşdu. Bacardıqları qədər məlumat almalı idilər. Nərmin isə çoxdan bu otaqdakı işini qutarıb digər otaqlara keçmişdi. Gördüyü hər diqqətçəkici əşyanın şəklini çəkir yada yadında saxlayırdı. Ən son bir otağa girəndə üstü sənədlərlə dolu masa ilə qarşılaşdı. Masanın qarşısına keçib heçnəyə toxunmadan sənədlərin dəqiqliklə şəkillərini çəkdi və sakitcə otaqdan çıxıb Kənangilin yanına qayıtdı. Əgər ortalıqdan uzun müddətliyinə yoxa çıxardısa şübhə çəkə bilərdi. İçəri girəndə Kənan Araikin qarşısına oturmuş ondan cavab gözləyirdi."Bu dəqiqə Şuşidə 450 adamım var. Amma azdı. Türklərin dronu var, F16-sı var elə biri bəsdirki bizi pərən-pərən eləsin." deyəndə üçüdə eyni vaxtda Araikə baxdı. "Yaxşı mən sənə 200 adam da verərəm. Amma sənin adamların da mənim əmrimdə olmasalar heçnə edə bilmərik. Həm bu adamları mən harda gizlədəcəm?" dedi Elvin. Araik tərəddüd içində qaldı və yenidən zarımağa başladı.Kənanın səbri tükənirdi. Cəmi altı saatları qalmışdı və onlar bu altı saat içərisində Bakıda olmalı idilər. Axırda Kənan səbrinə hakim ola bilməyib stola bərk yumruq vurdu və "Əgər zarıyacaqdınsa bizi niyə çağırmısan? Oyuncaq oynamırıq,ciddi məsələ həll edirik burda." dedi. Araik haldan-hala girmişdi, həyacalı-həyacanlı "Yaxşı-yaxşı siz oturun mən indi gəlirəm." deyib otaqdan çıxdı. Üstündən iki dəqiqə keçməmiş bir qovluqla gəlib yenə həmin yerində əyləşdi. "Burda Şuşinin xəritələri və xüsusi məntəqələrinin koordinatları var. İstədiyiniz hər şeyi burdan öyrənə bilərsiniz." deyən kimi Kənan cəld bir şəkildə qovluğu onun əlindən aldı və içindəki xəritələri nəzərdən keçirməyə başladı. Hər şey onların planına uyğun gedirdi. Birdən qapı döyüldü və bayaqki sürücü içəri girib, Araiki çağırdı. Bu onlar üçün fürsət idi. Nərmin qapının qabağında ətrafı yoxlayarkən Kənan və Elvin isə xəritələri özlərindəki saxtaları ilə dəyişdilər. İndi isə tək bir işləri qalmışdı. Burdan çıxıb Bakıya getmək...
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Chick-LitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....