•14•

55 13 3
                                    

Müəyyən qədər ağladıqdan sonra Kənan nisbətən sakitləşmişdi. Yaşadıqlarını danışacaq biri yox idi və duyğularını heç kəsin qarşısında göstərə bilmirdi. Ancaq Leyla yeganə insan idiki Kənanın gözündən nə hiss etdiyini anlayırdı. Leylanın tanıdığı Kənanın sadəcə nəvazişə ehtiyacı vardı və Kənanın da istədiyi yalnızca Leylanın nəvazişi idi. Nə qədər dilinə gətirməsə belə ikisidə bir-birinin ağlından və ürəyindən keçənləri anlayırdı. Buna görə də Kənan bu hərəkətinin qarşısında sadəcə minnət dolu gözlərlə Leylaya baxmışdı. Leyla da sadəcə gülməklə kifayətlənmişdi. Bir neçə saniyə sonra Leyla Kənana "Mən ən yaxşısı gedim. Daha gecdi. Əsas odu səni gördüm."deyəndə Kənan əli ilə üzünü bağlayıb bir neçə saniyə gözlədi, daha sonra Leylaya baxıb "Yaxşıki varsan." dedi. Leyla isə sadəcə güldü çünki, özündə bir şey deməyə güc tapa bilmirdi. Ürəyinin döyüntüsündən başqa heçnə eşitmir,əli-ayağına dolanırdı və utandığı üçündə gözlərini qaçırırdı. Çox keçmədən Leyla qapının ağzına gəlib ayaqqabısını geyinəndə Kənana baxıb "Bu arada yadımdan çıxmışdı tamam. Rüstəm bir iki günə gəlməlidi. Bu dəfə deyəsən həmişəlik qalacaq." dedi. Kənan isə birinci duruxdu daha sonra başını yellədib "Təki sağ-salamat gəlsin qalanına Allah Kərimdir." dedi. Leylada başını yellədib qapıdan çıxdı. "Sağol.Özünə yaxşı bax. Həmişə gəl. Təki sən gəl." dedi Kənan. Leyla isə dayana bilmədi gəlib Kənanı bərk-bərk qucaqladı. Kənan isə bu dəfə özünü itirmədən qarşılıq verdi və Leylasının saçlarını qoxladı. İndi tamam anladıki itirməkdən qorxduğu şey nədi. Leyla Kənandan ayrılanda "Qapını örtmə,qoy evə girim sonra. İşıq yoxdu blokda qorxuram."dedi. Kənan isə bəlkədə son bir neçə ay içərisində bu qədər ürəkdən güldü."Yaxşı,Leyla xanım, gəlin sizi ötürüm." deyə cavabladı Leylasını.". Ay,Kənan bəy, çox sağolun amma ehtiyac yox idi. Görəndə elə bilərki qorxuram." dedi Leyla. Bu sözündən sonra Kənan gülüşü üzünə yayıldı. Bəlkə də ikisidə heç vaxt bilməyəcək amma hər ikisi o gün eyni vaxtda eyni duanı etdilər. Leyla ürəyində "Allahım,təki onu məndən alma,üzündəki gülüşü heç vaxt soldurma." dedisə də, Kənan da "Allahım,onu mənə çox görmə,hər gülüşündə mən yanında olum,hər gülüşünün səbəbi mən olum." dedi.

Deyirlərki, təmiz qəlbli insanların duaları tez qəbul olur. Amma saf məhəbbətlə bir-birinə bağlı olan,ürəyində heç bir pis niyyət olmadan sevən aşiqlərin duası daha tez qəbul olur.

O gecə hər ikisinin duası qəbul olmuşdu. Ancaq ikisinin də bundan xəbəri yox idi. Kənan Leylanı ötürdükdən sonra,evə qayıdıb Rüstəmə zəng elədi. Bir neçə dəfə zəng eləsə də,Rüstəmə zəng çatmırdı. Bu isə o demək idiki artıq uşaqlıq dostu yoldadır. Başqa edəcək heç bir işi olmadığı üçün yatmaq qərarına gəldi. Ancaq bir neçə dəqiqə bundan əvvəl olanları xatırladıqca sevincindən gözünə yuxu girmirdi. Səhər gözünü açanda nə zaman yuxuya getmişdi yadında deyildi. Əl-üzünü yuyub,evdən çıxdı. Bir az hava alıb , daha sonra Rüstəmlə əlaqə saxlamaq istəyirdi. Əgər bugün gələcəkdisə onda hava limanına gedib Rüstəmi özü qarşılamaq istəyirdi. Elə bir mərtəbə düşmüşdiki, Ayna xalasını əli dolu gördü,cəld gedib əlindəkiləri aldı."Ay,xala, niyə bu qədər ağıra güc edirsən axı? Çağır məni düşüb kömək edimdə." dedi yarı əsəbi.Ayna xanım isə üzündəki sevinc ilə "Nə danışırsan,Kənan? Uzun müddətdən sonra ilk dəfədiki iki oğlumda yanımda olacaq. Bunun sevinci nəyə desən dəyər. Ona görə bu ağırlıqlar mənə görünmür," dedi. Kənan isə güldü. Ayna xalası qapını açıb içəri keçdi, Kənan da onun ardıyca içəri keçəndə "Bir dəqiqə sən hara bu saatda? Yeməy yemisən?" dedi Ayna xanım. Kənan isə "Yox. Ac deyiləm vallah." dedi. "Kənan,oğlum, səni tanıyıram.Ac olsan da demərsən. Ona görə də keç yeməyə,süfrə hazırdı." Ayna xalasının bu sözlərinə Kənan öyrəşmişdi. Ayrıca onu da bilirdiki əgər etiraz eləsə Ayna xanım onu zorla da olsa yedizdirəcəkdi. Keçib süfrənin arxasında əyləşdi. Ayna xanımda tez ona bir stəkan çay süzdü, lap uzun illərdən bəri bilirdiki Kənan səhər yeməyində lavaşdan başqa heçnə yemir ona görə hər gün təzə lavaş alırdı. Bu gün də aldığı lavaşa yağ-pendir çəkib Kənana verdi. Kənan isə "Çox sağol,Ayna xala, amma niyə bu qədər əziyyət çəkirsiz?" deyəndə, Ayna xanım yavaşca əlinin üstündən vurub "Az danış. Yeməyini ye. Nə əziyyəti? Sən mənim oğlumsan. Özüdə səndən sonra Leylada təzə adət tapıb, səhər yeməyində ancaq lavaş yeyir."dedi.Kənan isə təəccüblü şəkildə əlindəki lavaşa baxdı. Axı Leyla uşaq vaxtı lavaşı heç sevmirdi." Dünən Rüstəm zəng eləmişdi dedi qayıdır bugün.Hə birdə bugün həm Rüstəm,həm də sənin şərəfinə qəşəy qonaqlıq verəcəm. Amma bir şərtim var. Nolar heç olmasa bir-iki dostunu çağır. Tanış elə bizimlə bax, Əşrəf dayın da deyirki bu uşaq bir dəfə olsun bir iş yoldaşı ilə bizi tanış eləmiyib."dedi Ayna xanım əlindəki ərzaqları yerləşdirərək. Kənan isə "Baş üstə. Bax sizin xətrinizə iki iş yoldaşımı bugün çağıracam." deyə cavabladı. Daha sonra axrıncı tikəsini ağzına qoyub "Əşrəf dayıgil hardadı?" deyib ayağa qalxdı. "Kişi ət almağa gedib,Leyla da şirniyyat bişirəcək onun üçün mağazaya gedib." dedi Ayna xanım. Kənan istədiyi cavabı alanda ürəyi rahatladı. Sonra Ayna xalasına təşəkkür edib,evdən çıxdı.Maşınına əyləşib havalimanına tərəf yol aldı. Uzun müddət idiki uşaqlıq dostundan uzaq idi amma bundan sonra qətiyyən ondan uzaq qalmaq kimi bit fikri yox idi.

Lakin heç kəsin bilmədiyi bir şey var idi.Rüstəm səhər tezdən Azərbaycana çatmışdı. Əslində gəlməyi bir aydan çoxdu planlaşdırırdı. Azərbaycandaki şirkətlərin bir neçəsinə cv yazmış və çox yerdən qəbul mesajları gəlmişdi. Artıq özünə həyat qurmağın vaxtı gəlmişdi bunu özüdə bilirdi. Ona görədə ailəsinin yanına qayıdırdı. Səhər tezdən çatan kimi ilk iş qəbirstanlığa yollandı. Əlindəki bir dəstə gülü yavaşca məzar daşının üstünə qoydu. Gözündən süzülən yaşlara hakim ola bilmirdi. Bəlkə bütün bunlar olmasa idi, indi çox xoşbəxt bir ailə idilər. Bəlkə də övladları belə olacaqdı. Amma həyat həmişə bizi gözləmədiyimiz anda üzüüstə qoymur mu?
"Bilmirəm nə deyim,necə başlayım? Uşaqlığımın,həyatımın tək sevgisi indi sadəcə buz kimi bir daşdaki şəkildən ibarətdi. Beş ildir bir gün belə fikrimdən,yuxularımdan çıxmırsan. Hər gecə Allaha yalvarıram 'al canımı,mən bacara bilmədim amma sən bacararsan, Allahım, mənə verdiyin bu canı al. Çünki onsuzluq mənə çox ağır gəlir' amma nə oldu? Sən hələ də təksən, mən də sənsiz. Bura halalığa gəlmişəm. Haqqını halal et , gözəl gözlüm, mən artıq ailə qurmaq istəyirəm. Atamı,anamı daha çox üzə bilmərəm. Amma onu bilki mən ürəyimi də sənin yanında basdırmışam. Bu ürəy səndən başqasına aid olmayıb,olmayacaqda."dedi Rüstəm və sakitcə barmağındaki üzüyü çıxarıb,məzarın yanındakı torpağa basdırdı. Bir neçə saniyə qəbr daşının üstündəki şəklə baxdıqdan sonra, ahəstə addımlarla qəbirstanlığı tərk elədi.

Sonuncu dəfə həmişə Mədinə ilə getdikləri restorana gedib,həmişə birlikdə oturduqları masada əyləşmək istədi. Maşınına əyləşib,restorana tərəf istiqamətləndi. Nə zaman restorana çatıb, qapını açdı heç özüdə xatırlamırdı. Gödəkçəsini girişdə təhvil verdikdən sonra həmin masaya doğru irəlilədi. Ancaq gördüyü mənzərə ilə əsməyə başladı. Həmişəki masada eynilə Mədinəyə bənzəyən bir qadın əyləşmişdi.Masaya yaxınlaşdıqca artıq nəfəs ala bilmədiyini hiss edirdi. Əli ilə köynəyinin yaxasını tutub genişləndirsədə heç bir təsiri yox idi. Tanımadığı qadın Rüstəmi görən kimi su sifariş etdi və ona masada əyləşməyə kömək etdi. Çantasındaki dərmanı çıxarıb Rüstəmə içirtdi. Bir neçə dəqiqədən sonra artıq Rüstəm tamamilə özünə gəlmişdi. İndi rahatlıqla həmin qadına baxanda anladıki o Mədinə deyil sadəcə Rüstəmə elə gəlmişdiki Mədinə yenə həmin masada əyləşib onu gözləyir."Özünüzü necə hiss edirsiniz? Lazımdısa təcili yardım çağıraq." dedi tanımadığı qadın. Rüstəm isə "Yaxşıyam çox sağolun. Yox ehtiyac yoxdu əziyyət çəkməyin hər şey qaydasındadır." Ayağa qalxaraq nəzakətlə "Hər şeyə görə çox sağolun. Rüstəm." dedi sağ əlini azacıq qarşısındakı xanıma tərəf uzadaraq. Əslində adını tamamilə nəzakət məqsədli demişdi və qarşısındaki xanımla tanış olmaq kimi bir niyyəti yox idi. Tanımadığı qadın isə nəzakətlə "Buyurun. Önəmli deyil. Nərmin." deyə özünü tanıtdı.
Bəzən başımıza gələn hər pis hadisədə həyatı günahlandırırıq bəlkədə həyatın üzümüzə örtdüyü qapı digər birinin açılmasına səbəbdir. Kim bilir?...

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin