•22•

34 8 8
                                    

Rüstəmin sözləri hər birini dərindən düşündürürdü. Kənan özünə hakim ola bilməyib otağın içində əsəbi halda var-gəl edirdi , Nərmin isə beynində olanları götür-qoy edirdi. Hər biri Rüstəmin haqlılıq payının olduğunu bilirdi. Ancaq hələdə onların düşüncəsində oturuşmayan, öz həllini tapmayan minlərlə məsələ var idi. Leyla otaqdakı gərginliyi görsədə dayana bilməyib "Axı sizin Səlimzadə dediyiniz şəxs xain idi. Necə olurki onun adı ermənilər tərəfindən xüsusi olaraq tərtib edilmiş siyahıda olsun?" sualını verdi. İndi hadisələr daha çox qəlizləşirdi. Heç kəs ağlındakı sualları bir yerə toplaya bilmir, eyni zamanda kiçicik bir suala da məntiqli açıqlama tapa bilmirdilər. Elvin divanda oturaq vəziyyətə gəlib, sağ əlinin şəhadət barmağı ilə Leylanı işarə edərək ciddi halda "Çox haqlısan. Artıq düzgün suallar verməyə başladığımıza görə deməli doğru yoldayıq. Gəlin qarışıqlığı tez bir zamanda aydınlaşdırmaq üçün bildiyimiz məlumatları bir yerə toplayaq." dedi. Elvinin sözləri Kənana məntiqli gəldiyi üçün stulunu divana yaxın qoyub, düz onun qarşısında əyləşdi. Digərləridə eynisini etdikdən sonra Elvin hər birinin üzünə baxaraq sözünə başladı."Baxın, deməli bizə verilən yeni tapşırıq ermənilərə işləyən, bir çox terror aktında barmağı olan Səlimzadə Ruslanı tapıb dövlətə təslim etmək idi. Amma necə oldusa biz onu deyil, o bizi tapdı və ona lazım olan sadəcə bir kağız parçası idi. Öz canı, onu axtarmağımız, dövlətin onu təqib etməsi bunların heç biri onu maraqlandırmırdı. Sadəcə məndə olan kağız onu maraqlandırırdı. Amma nə məndən başqası, nə komandir o siyahını tam bilmirdi. Deməli, Səlimzadə qabaqcadan bu siyahını bilirmiş?" Rüstəm gözlərini xalçadan çəkib, qaşlarını sanki mümkünmüş kimi biraz daha çataraq "Bəlkə biz səhv düşünürük. Yəni baxış bucağımızı dəyişdirək, bəlkədə Səlimzadə heç vaxt xain olmayıb. Nəticədə bütün ölkədə xain kimi bilinən birinin bu qədər rahatlıqla sizi tapması, o siyahını sizdən açıq-açıq istəməsi, özünü öldürməsi o qədər də asan və inandırıcı deyil." dedi. Rüstəmin sözləri ilə hər kəs ona baxdı Nərmin bir ona birdə Elvinə baxaraq surətlə ayağa qalxdı və otağın içində o baş-bu baş gəzərək, sol əlini belinə qoyub, sağ əlini alnına vuraraq Rüstəmi göstərib Elvin və Kənana baxdı "Haqlı ola bilər. O, bizi onun evinə gedərkən tapdı elə deyil? Deməli onu axtardığımızdan xəbərdar idi və qarşımızı kəsmək istədi. Rüstəm haqlıdı bəlkədə o heç vaxt xain olmayıb və qoruduğu bir şey var." deyərək yerinə oturdu. Leyla "Əgər o xain deyildisə niyə sizə Səlimzadəni tapıb dövlətə təslim etmək əmri verilmişdi." deyəndə Kənan sevgi və mərhəmət dolu gözlərlə ona baxaraq "Məsələdə burasındadır ki, bu sualın cavabını yalnız Səlimzadənin əslində kim olduğunu öyrənən də biləcəyik, ancaq biz belə bilmirik onun xain çıxmasını mı istəyirik yoxsa yox." dedi. Yalnız Leylasının səsi onun bütün sinirlərini basdıraraq məntiqli düşünməyə sövq etmişdi. Leylasının bir kəliməsi, onun həzin bayatıya bənzər səsi Kənan üçün bu dünyadakı ən gözəl musiqidən qat-qat dəyərli idi. Leylanın səsi, qara gözləri, uzun qara saçları Kənanın bəlkədə həyata tutunma səbəbi idi. İndidə adicə bir kəlimə sözü ilə onu necə sakitləşdirmişdi heç özüdə bilmirdi. Birinin Kənan üzərində bu qədər böyük təsirinin olması onun üçün təhlükəli idi çünki, hər an biri və yaxudda biriləri Kənanın Leyla adlı ən həssas nöqtəsindən istifadə edə bilərdi. Bütün bunları bilsə də polkovnik ürəyinin qapılarını sonuna qədər Leylanım sevgisinə açmışdı. Onun qəlbi sanki ən ağır döyüşlərdən qalib çıxan, ucsuz bucaqsız dənizlərə,ordulara hökm edən sərkərdə idi və həmin sərkərdə günlərin bir günü aşiq olduğu bir cüt qara gözlü gözəlin qarşısında diz çökərək onun sevgisini istəyirdi.
Kənanı düşüncələrdən ayıran Elvinin "Onda əməliyyata sadəcə biz beşimiz qaldığmız yerdən davam edirik. Kənan və Leyla siz Səlimzadənin bağ evinə gedin oranı axtarın işimizə yarayan yaramayan diqqətinizi çəkəcək hər şeyi toplayıb gətirin. Rüstəm və Nərmin siz isə Ruslanın öz evinə gedin. Evlərə girdiyiniz andan etibarən mənə zəng edin üç telefonla eyni anda müzakirə aparacayıq və diqqətimizi cəlb edən hər kiçik nüansı dərindən araşdıracağıq." sözləri oldu.

Ölsəm BağışlaHikayelerin yaşadığı yer. Şimdi keşfedin