Asta addımlarla xiyabanda gəzirdi polkovnik, bəzən heç mərmərdə yazılan adlara belə baxa bilmir, sanki öz dünyasının xəcalət burulğanında itib batırdı. Bura nəyə görə gəldiyini bilirdi ,lakin nə ilə qarşılaşacağı haqqında bir fikri yox idi.
Əllərini cibində gizlədərək azacıq da olsa soyuqdan qorunmaq istədi amma yaxşı bilirdiki qorunmaq istədiyi soyuq deyil nəticədə o daha soyuq havalarda belə səngərdə qətiyyən üşüməzdi. Onun qorunmaq istədiyi amansız düşüncə ümmanı idi. 'Burada mən yatmalı idim' fikri və bu fikrin onda yaratdığı saf vicdan əzabı o qədər ağır idiki, polkovnik utanmasa bu hislərdən qurtulmaq üçün uşaq kimi ağlayacaqdı.Nəhayət bir neçə dəqiqənin ardından fikrini yerə cəmləyib əmin addımlarla irəlilədi. Üçüncü məzarın qarşısında dayandı və diqqətlə incələdi məzarı. Daha sonra on üçüncü məzara doğru irəlilədi. Artıq bəzi nüanslar ona aydın idi. Sadəcə daha da əmin olmaq üçün iyirmi üçüncü məzara yaxınlaşanda gördükləri ilə təəccübləndi. Məzarlardaki soyadlar, adlar bir-birinə bənzəməklə qalmırdı, mərmərin üzərində həkk olunmuş simalarda oxşar bir neçə mimika ilə yanaşı bu üç nəfər hər biri eyni gündə şəhid olmuşdu "08.05.1992".
Əlinə telefonunu alıb bütün bu olanları Elvinə danışmaq istəyəndə birdən diqqətini ətrafa yönəltdi, çünki açıq aşkar bir qəribəlik var idi. Bayaq burada təxminən iyirmidən çox adam var idi amma indi heç kəs yoxdur. Anidən baş verən bu hadisə onu şühələndirmişdi. Nəticədə bura gəldiyindən heç kəsin xəbəri yox idi, buna baxmayaraq birdən birə bu adamlar hara yoxa çıxdılar?
Qəfildən sol qoluna dəyən əllə istiqamətini sola çevirdi və gördüyü sima ilə yerindəcə donub qaldı. "Sən? Sən.... Sən axı ölmüsən!" deyə bildi çaşqınlıla. Bir həftə əvvəl öz gözləri ilə görmüşdü polkovnik Səlimzadənin gözünü qırpmadan özünü öldürdüyünü. Amma bəs indi gördüyü sima nədir?
Qonur gözlərini Kənanın üzündə gəzdirdi Səlimzadə. Nəsə demək üçün ağzını açdı lakin sonra qapadı. Eynilə onun etdiyini təkrarladı Kənan və gözlərini qarşısında dayanmış adamın üzərində gəzdirməyə başladı. Qara uzun paltosu və dəri qara əlcələri ilə kənardan heç də sadə görünmürdü kənardan hətta daha çox diqqət çəkirdi. Geriyə doğru səliqə ilə daranmış saçlarındakı ağlar Ruslana ayrı bir abu hava qatmışdı. Kənan onu ilk dəfə yaxından və bu cür diqqətlə incələmişdi. Cüssəsindən hərbçi olduğu o dəqiqə bilinirdi. Amma bütün bunlar gizlənmək istəyən ölü biri üçün deyildi. Elə o an Rüstəmin sözləri Kənanın beynində ildırım kimi çaxdı. Təəccübdən əlləri ilə ağzını örtərək bərəlmiş gözlərlə "Sən xain deyilsən, sən, sən ölkəni satmamısan. Kimisə qoruyursan. Kimi qoruyursan?" deyə sıraladı ağlındaki cümlələri və ondan bir cavab gözlərcəsinə gözlərini Səlimzadənin üzünə dikdi.
Ruslan əlini Kənanın boynuna ataraq onu özünə yaxınlaşdırdı. Normalda Kənan yaşca Səlimzadədən balaca olsa da fiziki cəhətdən ondan güclü görünürdü və polkovniki yerindən tərpətmək heç də asan məsələ deyildi. Lakin Ruslan bir hərəkəti ilə onu özünə doğru asanlıqla çəkəndə Kənan başa düşdüki qarşısındakindan hələ çox zəif idi. İçdən içə bu onun xoşuna belə gəlirdi çünki polkovnikin həmişə yeganə rəqibi özü idi və indi özünü daha da inkişaf etdirmək üçün bir fürsət tapmışdı və həmin fürsəti sonuna qədər dəyərləndirəcəkdi.
Ruslan sakitcə polkovnikin qulağına "Çox şey bilirsən. Ağzını yum. Əgər həqiqətləri öyrənmək istəyirsənsə o uşaqlara heçnə demə. Axşam saat 12də kilsədə ol." deyə fısıldadı. Əlini polkovnikin boynundan çəkib çiyninə qoydu. Dərin baxışlarla gözlərini Kənanın gözlərinə dikib, kədərli şəkildə gülümsədi. Arxasını dönüb gedəndə dediyi " Artıq səndən heç nə gizlədə bilmərəm." sözləri isə Kənanın beynini lap da bulandırdı...
Arxasıyca baxdığı adam qara bir 'Mercedes' markalı avtomobilə minib uzaqlaşanda tez telefonu yenidən əlinə alıb Elvinə zəng etdi. Bütün bu olanları heç kimə danışmayacaqdı. Həqiqət bütün çılpaqlığı ilə göz önünə çıxanda dostlarını bundan xəbərdar edəcək və onlardan məsləhət alacaqdı. Elvin ilə söhbətini qısa tutub, sağollaşdı. Daha sonra ağlına gələn fikirlə cəld addımlarla xiyabanı tərk etdi.
Yolda gedərkən maşını bir gül satan xanımın qarşısında saxlayıb onda bir neçə qızılgül aldı və yoluna davam etdi. Hardaysa təxminən on dəqiqənin ardından xəstəxanın qarşısında əlində güllərlə dayanmış, içəri necə keçəcəyini düşünürdü. Bəlkədə geri qayıtmalı idi, bəlkədə bunu etməməli idi deyə düşündü ürəyində amma artıq bunlar üçün çox gec idi. Ayaqları qeyri-ixtiyari onu qapıya doğru sürüklədi. Öz yatdığı şöbənin qarşısına bir anda necə gəldiyini belə bilmirdi, gözləri Tamella xalasını axtarırdı, düzdü onu harda tapacağını tam olaraq bilmirdi lakin düşündüki birdən Tamella xanım özü onu tapar və elə düşündüyü kimidə oldu. Qollarını iki yana açmış şəkildə onu qarşılayan Tamellanı görəndə Kənan o qədər səmimi bir şəkildə güldki bəlkə heç kəs bu gülüşün ona aid olduğuna inanmazdı.
"Oğlumm." deyə qucaqladı Kənanı Tamella xanım. İçin-için ağlamağ başladı və "Səni bu gecə yuxumda görmüşdüm. Tahirimlə yan-yana dayanıb mənə baxırdınız. Sonra Tahirin düz ürəyindən qan axmağa başladı amma sən olduğun kimi mənimlə qalmışdın. Mənə qalan bircə sən olmuşdun." dedi hıçqırıqlarının arasından. Bu sözlər polkovnikə o qədər təsir etmişdiki gözlərinin dolmasına əngəl ola bilmədi. Əlləri ilə gözlərini bağlayıb, Tamella xanımın qoluna girdi onu işdən icazə alıb gözəl bir restorana apardı, daha sonra isə biraz təmiz hava almaq üçün dəniz qırağına gəldi bu iki yaralı. Tamellanın üzündə uzun müddətdən sonra çox dərin və sevinc dolu bir ifadə var idi. Birdən o, əlini atıb saçlarını düzəltmək istəyəndə Kənanın diqqətini bir şey cəlb etdi. "Qolunuza nə olub? Yandırmısınız deyəsən?" dedi sakit səs tonu ilə. Tamella isə gülərək qolunu yuxarı sıyırıb doğum ləkəsini göstərdi. "Bu bizdə irsidir, doğum ləkəsidir. Tahirdə də var idi, şəhid olan digər əmimoğlanlarında da var idi." Qadının dodaqlarından süzülən bu sözlər Kənanın beynində yeni bir kilitli qapını açmışdı əslində bundan hələki özü belə xəbərdar deyildi. Tamellanı öz evinə yola saldıqdan sonra, Səlimzadənin təyin etdiyi görüş yerinə yollandı polkovnik.
Bugün ona gələn bütün zəngləri görməzdən gəlmiş və fikrini sadəcə Səlimzadəyə yönəltmişdi. Artıq Bakının simvolu halına gəlmiş tıxacda gözləyərkən ağlına Tamellanın doğum ləkəsi gəldi. Yadına gəlirki buna oxşar bir şeyi o hardasa görüb. Kənanın iti yaddaşı var idi və yanılmadığına əmin idi.
Tıxacdan çıxdıqdan sonra kilsə istiqamətində sürətini biraz da artırdı və hətta vaxtından əvvəl gözlənilən yerə çatdı. İçəri girib artıq əzbərə bildiyi 'Məryəm ana' şəklinin altındaki qapını xüsusi ritmlə üç dəfə döydü. Qapı açıldı və qaranlıq otağın ortasında sadəcə üstdən işıqlandırılmış masaya yaxınlaşdı. "Gözlədiyim kimi, vaxtından əvvəl gəldin oğlum." sözləri ilə başını qaldırıb qarşısındaki şəxsə baxdı. O da yaxınlaşıb düz Kənanın qarşısında dayandı "Mən general-mayor Azər Şahnəzərov. Sən məni Səlimzadə Ruslan olaraq tanıyırsan, hərçəndki hamı belə tanıyır amma məncə həqiqəti bilməlisən, artıq vaxtıdır. Hörmətli Kənan Şahnəzərov oğlum olduğunuz üçün qürur duyuram." qarşısındaki adamın ağzından çox rahatlıqla çıxan bu sözlər Kənanda şok təsiri yaratdı və özündən ixtiyarsız şəkildə huşunu itirdi tək xatırladığı isə Azərin qolundaki doğum ləkəsi idi...
ŞİMDİ OKUDUĞUN
Ölsəm Bağışla
Chick-LitSon dəfə baxdı uğrunda canını belə fəda edə biləcəyi gözlərə....