Tənhalığın şeiri
Yenə də düşmüsən yada bu axşam
Yenə boğuluram qəmdə, kədərdə
Gözlərin bəstəkar, dilin nəğməkar
Səni itirirəm zümzümələrdəSübhəcən göz yaşı, sübhəcən kədər
Birdəki can verən cavan ümidlər
Hələ yoxluğuna alışmayıblar
Arabir yenidən ümidlənirlərBaxıb bu halıma yazıq dedilər
Ətrafa boylandım bir az yüksəlib
Gördüm kimsə yoxdur məndən savayı
Özüməm, özümə yazığım gəlibİncidim özümdən, küsdüm özümdən
İnsan da özünə yazıq deyərmi?
Bir adam sevdiyin itirən zaman
Ürəyi bir nəfər azıq deyərmi?Səddam Laçın