1️⃣1️⃣2️⃣ QƏDRİMİ BİLMƏDİ BU ADAM MƏNİM - RAMİZ RÖVŞƏN

3 0 0
                                    


"Qədrimi bilmədi bu adam mənim"


Bilmirəm hayandan tapdı ömrümü,
Bir dəli at kimi çapdı ömrümü,
Dağlara, daşlara çırpdı ömrümü,
Qədrimi bilmədi bu adam mənim.
Ilahi, al məni bunun əlindən!

Kaş mənim ömrümü bu yer üzündə
Bir özgə adama tuş eyləyəydin,
Lap məni adam yox, quş eyləyəydin,
Məni bu adama sən necə qıydın?
Ilahi, al məni bunun əlindən!

Al məni, ver məni, özgələrə ver,
Qırıq aynalara, güzgülərə ver,
Bölünüm yüz tikə, min tikə olum,
Bu adam üzümə baxa bilməsin,
Məni aynalara qırıqlarından
Toplaya bilməsin, yığa bilməsin...

Bölünsəm dərdim də bölündü bəlkə,
Hər dərdim yüz tikə, min tikə oldu,
Bir dərdim qalmadı özümdən yekə,
Bütün dərdlərimdən mən yekə oldum...

Bu yerin üstündə, göyün altında
Bölünsəm, hər tikəm bir yana düşsə,
Haçansa kefinin xoş saatında
Ilahi, təzədən yadına düşsəm,

Təzədən toplasan qırıqlarımı,
Sınıq əllərimi, ayaqlarımı,
Ağzımı, burnumu, qulaqlarımı,
Ilahi, təzədən calasan məni.

Dünyanın ən gözəl güzgüsü ollam,
Təzədən dünyaya yollasan məni,
Bu adam olmaram, özgəsi ollam,
Ilahi, al məni bunun əlindən!...

Müəllif : Ramiz Rövşən

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin