Yoxluğuna..
Hisslərimi oğurlayıb əlimdən,
Varlığımı yoxluğuna götürdün.
Bir qurtumluq sevgi umdum bu gecə,
Yoxluğunu varlığıma gətirdin.Düşünmə ki, bu dünya da varam mən,
Varlığımda yoxa çıxıb itmişəm.
Varlığını arzulardım dünyada,
Heç olmasa yoxluğuna yetmişəm.Yoxluğuna alışdığım sevgilim,
İllərdir ki, yoxluğundan keçirəm.
Varlığımı yığışdırıb bu gündən,
Mən də sənin yoxluğuna köçürəm.Tofiq Həsənli