1️⃣5️⃣ "MƏN DƏ NÖQTƏNİ QOYDUM" - MƏTLƏB AĞA

8 0 0
                                    

"Mən də nöqtəni qoydum"
***
Bax, yenə də bürküdür,
Şəhərin hər qarışı.
Külək də yox, biləsən,
Ağaclar nə danışır?!

...Bir addım o tərəfdə
Gecənin qaranlığı.
Belə olur, təkliyin
Yoxsul firavanlığı...

...Ay da birtəhər baxır,
Ulduzlar da soluxub.
Küçədən keçən adam
Deyəsən, azca qorxub...

...Açıq verir keçmişə
Saatın tıqqıltısı.
Hər gün xatirələrin
Ölür beşi, altısı...

...Tozlu, köhnə vərəqlər
Döşəmədə dincəlir...
Sanki filmdi hər şey;
Kədərli, işgəncəli...

...Yox, heç pıs - filan deyil,
Bu nisgilli təkliyim...
Cırıb atdım fotonu,
Sərçələr dimdikləyir...

..Kitabını bağladım,
Səndə nöqtəni qoydum...
Sən son cümləni yazdın,
Mən də nöqtəni qoydum...

...Sonra səhər açıldı,
Kimsə döydü qapımı:
- " Bir az əvvəl ölmüsən,
Gəl, meyidin tapılıb..."

Mətləb Ağa

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin