Mən səni sevəcəm, səssiz səmirsiz
Özgənin sözünə uyub qetmisən
Bilmirəm onda nə duyub getmisən
Gedərkən arxanda qoyub getmisən
Yarali bir ürək,bir cüt yaşlı göz
Mən səni sevəcəm, səssiz səmirsizDemədim heç kimə bu dərdi-səri
Susqunam sən çıxıb gedəndən bəri
Sən mənim hissimi sanma ötəri
Eşqim bir ümmandır,sevgim bir dəniz
Mən səni sevəcəm, səssiz səmirsizNə bədbaxt bəndəyəm,nə yazıq bəndə
Özünə yer tapmir ruhum bədəndə Bilmirəm...
Bəlkə də qalmayıb səndə
Nə məndən xatirə,nə sevgimnən iz
Mən səni sevəcəm səssiz səmirsizMehri Mikayılova,