SEVGİ YAŞA BAXMAZ
Sevgi yaşa baxmaz sevda zamana
Nə zaman gələcək bilə bilməzsən
Elə ağladar ki səni hər yaşda
Nə qədər istəsən gülə bilməzsənBaxmaz 40 yaşın var yada ki 50,
Şirin xəyalları verər təsəlli
Hicran əzabının axırı bəlli
Ölmək istəsən də ölə bilməzsən ..Tükənər taqətin azalar gücün
Köçəri quşlar da dəyişər köçün
Elə darıxarsan sevdiyin üçün
Dönər hər saniyə ilə ,bilməzsən...Min düzü pozarsan bir xetayla sən
Məcnuna dönərsən səs-sədayla sən
Elə odlanarsan bu sevdayla sən
Yanarsan dönərsən külə, bilməzsən...İlk eşqin əzabın zülmün çəksəndə
Bir daha sevmərəm deyib keçsən də,
Ömrünün sonunda yetmiş səksəndə
Kimi sevəcəysən hələ bilməzsən...Qurduğun yuvadan qaçmaq istərsən
Dönüb gəncliyinə uçmaq istərsən.
Sirrini kimsəyə açmaq istərsən
Gətirib eşq sözün dilə,. Bilməzsən...Evdəki körpələr qınayar səni,
Vicdanın qəlbində danlayar səni.
Tək. Sevib sevənlər anlayar səni
Çarəsiz qalmağı belə bilməzsən...Ümidsiz əlacsız dərmansız eşqi
Vüsalı mümkünsüz, amansız eşqi,
Çıxarıb qəlbimdən zamansız eşqi
Silmək istəsən də silə bilməzsən ....ŞEİR : Elgiz ismayılov