Sənsizlik"
Dərd ǝlənər göydən yerə hər gecə,
Ərşə çıxar yuxularim qayitmaz.
Sənsizliyin həsrətiylə qovrulan,
Dodaqlarım, yad dodaqla ovunmaz.Gözlərinin zülmətində azdığım,
Yuxusunu minbir yerə yozduğum,
Misra-misra ürəyimə yazdığım,
Həsrətinə, vallah ürək dayanmaz.Bilirsən ki,sənsizliyin ağrısı,
Ürəyimə kədər olub,dərd olub.
Bilirsən ki, səni sevən bu adam,
Həsrətinin dəryasında,qərq olub?!Ay bivǝfa,cəfa verib,dərd verib,
Gedişini bir hünərmi sanırsan?
Yoxsa ki,qorxursan sən də mənim tək,
Bu sevdanın atəşində yanarsan?Sən pirim,ocağım,məkkəm,mədinəm,
Sevgimin qibləsi,ilahǝsiydin.
Sən axı könlümün sönməz atəşi,
Mənsə bu atəşin pərvanəsiydimİndisə sən deyil,sənə yazılan,
Şeirlər həmdəmim olur hər gecə.
Daha qoxun deyil,baxışın deyil,
Şərabdan məst olur şair hər gecə.Daha xəyalına söylə gəlməsin,
Döyməsin qapımı hər axşam,səhəǝr.
Əynimə biçdiyin bu sənsizliyi,
Yaşayım birtəhər,ölüm birtəhər.Oğuz Alparslan