1️⃣ BAĞIŞLARAM - KƏMALƏ ABIYEVA

68 1 2
                                    

Bağışlaram

Əgər sevə bilmirsənsə,
ayrılıq daha gözəldi.
sevilmədiyindən getmək
özü də bir gözəllikdi.
Bilmədin sən gedərəm mən.
Gedişimi də sevərəm.
Mən gözəlliyi sevirəm.
Bəlkə yorğun olar sözüm,
bəlkə durğun olar gözüm,
Bəlkə elə susan ağlım haray salar,
ürəyimdən hesab sorar?
Yəqin bir az qəmgin ollam,
Bəlkə bir az küsgün ollam.
yanlış seçdi, yanlış sevdi-deyib
mən də ürəyimi qınayaram...
Amma bil ki,
ürəyimin yanlışını sevməyinə bağışlaram.
Sevə bilən özümü də bağışlaram.
Öz - özümlə, ürəyimlə barışaram.
əgər bir gün belə gözəl sevə bilsən,
mən səni də bağışlaram...

Kəmalə Abıyeva

Röya bağışlaram

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin