Qadınsan
Yaman kövrək olmuşam, ürəyim dərd tapalı
Bir bəhanə tap qayıt, sən ki, gözü qapalı
İnandığım qadınsan.Heç kəsim yoxdur axı, dərdimi ovutmağa
Əl-ələ gəzmək nədi, gözlərinə baxmağa
Utandığım qadınsan.Sən ayrısan, əzizim, ifadə etmək olmur
Gözlərindən uzağa gördüm ki, getmək olmur
Dayandığım qadınsan.Səndə həqiqət tapıb, inanmışam sevgiyə
Hər doğulan günəşlə daha çox sevim deyə
Oyandığım qadınsan.Çalış göz-gözə gəlmə, vədə vermə axşama
Sənə alışmayıblar, girmə könül bağçama,
Çiçəklər qısqanırlar.Ən gözəl rəssam mənəm, bu da əsərim deyib
Qurban olduğum Allah, elə gözəllik verib
Mələklər qısqanırlar.Üz cevirib gedirsən, getmə, qayıt deyəndə
Dağınıq
saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.Səddam Laçın