Pis adam
Sən nə vaxt oldunsa, dostu axşamın
Mən o gün zülmətə vurulan kəsəm
Mən gecə sübhədək əriyən şamın
Divarda qoyduğu bir parça hisəmBir od olub, alışmağa nə var ki,
Yad işinə qarışmağa nə var ki,
sənlə küsüb barışmağa nə var ki,
Hünərin var məni mənlə barışdır
Özümdən inciyəm, özümdən küsəmSən getmisən, yerin dolmur, əzizim
Pis adama heç nə olmur, əzizim
Özündən qorx, mən ölmərəm, mən pisəmMən gecə sübhədək əriyən şamın
Divarda qoyduğu bir parça hisəmSəddam Laçın