4️⃣4️⃣Elə varlığınçün sağ ol, əzizim-Kəmalə Abıyeva

5 0 0
                                    

Elə varlığınçün sağ ol, əzizim


Sən mənim ömrümdə bir sevinc payı,
Mən sənin ömründə bir sevinc payı.
Sən mənim gözümün nəmli harayı,
Mən sənin könlünün qəmli harayı.

Durmuşuq aramız tək bircə addım,
əlimi uzatsam əlinə dəyər.
Bu bircə addımı mən necə atım?
sən məndən uzaqsan dünyalar qədər...

Gör necə yaxınıq, gör necə uzaq,
doğmayıq, gərəyik yerlə göy kimi.
Bu da bir ömürdür gərək yaşayaq ayrı
yaransaq da yerlə göy kimi.

Yarpaqlar titrəsə, bil ki səsimdi,
sənə pıçıldaram "var ol əzizim".
Sənin var olmağın mənim bəsimdi,
elə varlığınçün sağ ol, əzizim.

şeir: Kəmalə Abıyeva

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin