4️⃣3️⃣SƏNSİZLİKLƏ BACARMIRAM -Xəzər Süleymanlı

6 0 0
                                    

SƏNSİZLİKLƏ BACARMIRAM

"Mən yaxşıyam..."
Yavaş-yavaş öyrəşirəm tənhalığa...
Yavaş-yavaş barışıram qismət ilə...
Kədər ilə, həsrət ilə...
Bir az soyuq davranıram axan iliq göz yaşımla...
Axır-axır, silmirəm heç..
Hardan gəlir, hara gedir, bilmirəm heç...
Doğrusunu desəm əgər, vaxtım yoxdur...
Zaman azdır, fikir çoxdur...
Əşşi nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...

Yadındadır?
Yaman tənbəl idim, yaman...
Səhər tez oyanmağı da,
Bacarmırdım heç o zaman...
İndi saatı qururam,
Bir kənarda otururam...
Hey baxıram.....
Hey baxıram...
Yuxum üçün darıxıram...
Saniyələr qovha-qovda,
Saat qaçaq...
Başı qaçmağa qarışan saat məni,
Görən necə oyadacaq?
Nə qəribə sualdır bu?
Axtardığın cavab budur...
O cihazdır,o qurğudur...
Saat insan deyil axı...
O unutqan deyil axı...
Yenə boş-boş danışıram...
Əşşi nəysə...
Bax belece yaşayıram...
Amma təkcə,
Amma təkcə...
Sənsizliklə bacarmıram...
Bacarmiram...

şeir/səs: Xəzər Süleymanlı
fon musiqi: Fuad İbrahimli-Süku

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin