"Darıxarsan sevgimə"
Yadındamı de gəlişim, su olub
Yollarında durulmağım, axmağım!?
Milyon-milyon xatirələr içində,
Yada düşər gözlərinə baxmağım...Darıxanda oxuyarsan şeirimi,
Sətir-sətir, heca-heca sevdiyim.
Tək qalanda otağında kimsəsiz,
Yada düşər səni necə sevdiyim.Nakam qalan məhəbbətə üzülmə,
Əsil sevgi nakam qalar, birdənəm.
Bəlkə də bu bir qanundur əzəldən,
Sevən ürək vaxtsız solar, birdənəm.Yığılanda, üşüyəndə əllərin,
Qoy cibinə görən olar əzizim.
Əlimdən də tutmadın ki, bir zaman,
Əllərini isidəydi əl izim.Bilməliydim insan belə sevməzmiş,
Sevginin də qədəri var, həddi var.
Bir qadını Allahdan çox sevəndə,
Allahın da bu sevgiyə qəsdi var...Kenan Rza