Aldanmış məktublar
Hər sətir üstündə titrəyib əlim
Sətirlər qəlbimdən od alıbdılar
Mən sənə bir dəfə aldandım gülüm
Məktublar ömürlük aldanıbdılarMəni yad eləmə, özgə ol, yad ol
Oyuncaq olmasın məktublar barı
Ömründə bircə yol, alicənab ol
Yandır xatirəmi - o məktublarıOrda ürəyimin harayı , ahı
Qəlbimin utancaq sevdası yatır
Orda vuqarımın sınmaz günahı
Kövrək bir nəğmənin sədası yatırDağılar şöhrətin dumanı dağı
Udar bir ac balıq inci tək səni
Yazdığım sətirlər ac toxum kimi
Bir göz yaşını içəcək səninMektublar içində nəyim-nələrim
Alovlu sətirlər gizli qəm kimi
Yandır məktubları...xatirələrim
Yansın, külə dönsün qoy Kərəm kimiSənə ümid dolu dikilən gözlər
Yenə xatirədə donub qalandır
Əlim əsə - əsə yazdığım sözlər
O zaman düz idi indi yalandırHəyatın özündə sınadım səni
Demə bahar idim, indisə qışam
Yaxşı ki, sonradan tanıdım səni
Yaxşı ki, ömürlük aldanmamişam...Müəllif :Nüsrət Kəsəmənli