Naməlum şəhər..
Gör haa..
Neçə qış ötüb,
O baharın üstündən
Neçə durna qatarı,
Qayıdıb səfərindən..
Mənim yerim bəllidi
Gedib dönürəm geri
Dönüb qayıtdığım yer
Sənsizlik ölkəsidi
Qəriblik döngəsidi.
Burda hava soyuqdu..
Burda sənsizdir həyat
Burda şəhər kimsəsiz
Burda insanlar səssiz
Getdiyin yollar kimi
Fikirlərim dolaşıq
Hərdən məktub yazrsan
Həsrətimə bir işıq
Əyilmiş hərflərə
Yüklənib bəhanələr
Cümlələri titrəyir,
Kəlimələriysə ürkək
Üşüyür mən tək...
Yazrsan ki ;
"Yad eldə,
Yad baxışdan uzaq ol
Bəlkə görüşmədik heç..
Ömür qısa, uzaq yol..
Qışda bitmədi bəlkə..
Sən üşümə əzizim
Qalın elə əynini,
Geyin əlcəklərini.."Axı hardan biləsən,
Naməlum bir şəhərin
Soyuq təqvimi deyil
Sənin soyuq sevgindi
Indi üşüdən məni...Əsmər Hüseyn Xan