5️⃣7️⃣Ən doğma məni bil, gəl və utanma..-Allahverdi Sultanzade

3 0 0
                                    

Sevgimiz qayğısız uşaq kimiydi
Həm qayğı göstərdik, həm arxa durduq.
Biz yaxşı təsəvvür etdik hər şeyi,
Hələ gələcəkçün xəyal da qurduq.

Bilmədim, yolumuz ayrılar bizim
Bilmədim, nə vaxtsa çıxıb gedərsən.
Bilmədim qurulan xəyalları da
Nə vaxtsa üstümə yıxıb gedərsən

......Bilirsən?
Bilirsən səni də qınamıram çox.
Bəlkə də, tilsimdi adımda mənim.
Tərk edib getmisən,canın sağ olsun
Sən daim qalarsan yadımda mənim.

Sənə son sözümdür, özünü qoru
Qoyma ki, kimlərsə üzsünlər səni.
Heç kimə etibar yoxdu, inanma!
Əgər ki, nə vaxtsa dönmək istəsən
Ən doğma məni bil, gəl və utanma..

Söz: @allahverdi.sultanzade

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin