Hardasan
Ürəyimi məndən çalıb apardın,
Yaraların qaysağını qopardın,
Bir vaxt məni sən axtarıb tapardın,
Səsin gəlmir, nə zamandır - Hardasan?!..Ömür mənzil, gələn də var, gedən də,
Nə qalır ki, ruhu ölən bədəndən?
Varlığımı unutdum sən gedəndən...
Sənsiz həyat, kor zindandır -
Hardasan?!..Elə bilmə, yaşayıram - diriyəm,
Düşündüyün, xoşbəxtlərdən biriyəm,
Ömür gedir, mən həyatdan geriyəm,
Sən gedəli, ruhum dinmir -
Hardasan?!..Ətayǝ Odər Əkbərsoy