SƏNDƏN QALAN XATİRƏLƏR
İndi mən dayanıb yol ayrıcında
Heç vaxt gəlməyəcəyin yola baxıram
Nə bu yollar bitir , nə həsrət bitir
Bu sevgi qəlbimdən yox olub itir
Son bir nəğmə kimi, son vida kimi!!Sən mənim ömrümə səssizcə gəldin
Bir duyğu, bir istək , bir dilək kimi
İndi isə dərd olub bizə bu sevgi
Yarımçıq cümləyə dönüb bu sevgiKinli bir düşmənə dönüb baxışın
Daha əvvəlkitək baxmır üzümə
Deyirsən daha bu sevgidən ümid gözləmə
Bilməzdim sərt bir qış olarsan sevən qəlbiməSən öyrətdin göylərə ağlamağı da
İndi göylər ömrümə qəm çiləyir bax
De, nəyə gərəkdir bu çiskin, duman??
Sən gecikdin bu eşqə dəyişdi zamanÜşüdür məhəbbətin yanan qəlbimi
Bu qədər alovun odun içində
Bilmirəm nə edim özüm özümlə
Yanımmı, sönümmü, kül olummu mən?!Yağışın altında sönən ocaqtək
Sönəcək qəlbimdə bu od ,bu ocaq
Bütün yaralar bir gün qabıq bağlayacaq
Səndən geriyə yalnız xatirələr qalacaq…Müəllif: Mədinə Əliyeva