8️⃣2️⃣ Nə İstədim ki - Furqani

5 0 0
                                    

Nə istədim ki

Mən səndən bir ovuc sevgi istədim,
Məhəbbət istədim, nə istədim ki?
Bir ömür əhdinə, andına vəfa,
Sədaqət istədim, nə istədim ki?

Düşdüm bu sevdanın xoş xülyasına,
Təzim etdim, əydim baş ədasına.
Sonsuzadək sənlə eşq dünyasına,
Səyahət istədim, nə istədim ki?

Bütün cəhdlərimi sən saydın heçə,
Başqa sevərlərdi adamı necə?
Vallah, səndən çox yox, azca, zərrəcə
Səxavət istədim, nə istədim ki?

Yandırdım ömrümü eşq adlı "gün"də,
Bu yoldan dönmədim mən bircə gün də.
Mən ki, özümçün yox, ikimizçün də
Səadət istədim, nə istədim ki?

Furqani

Şeir Toplusu 2️⃣Hikayelerin yaşadığı yer. Şimdi keşfedin