BURA QƏDƏRMİŞ...
Bu dünyada əbədilik nə var ki,
Ömür kimi hər şey gəldi-gedərmiş.
Nə sevginin günahı var,nə bizim,
Bu sevginin ömrü bura qədərmiş.Məcnun ahı,Leylinin göz yaşları,
Nə biləydik əfsanəymiş,hədərmiş.
Qəm eyləmə, hər yolun bir sonu var,
Bu sevginin ömrü bura qədərmiş.Gülə-gülə başlamışdıq bu eşqi,
Axırında göz yaşıymış, kədərmiş.
Məhəbbətin payız fəsli var imiş,
Bu sevginin ömrü bura qədərmiş.Ayrılırıq.., xatirələr içində,
Bu ayrılıq ölümdən də betərmiş.
Təsəllimiz bu olacaq sevgilim,
Bu sevginin ömrü bura qədərmiş...NÜSRƏT KƏSƏMƏNLİ